GƏMİQAYA NEKROPOLU – Azәrb. Resp. Naxçıvan MR Ordubad r-nunun Nәbiyurdu yaylağında arxeoloji abidә. Qәbirlәr daş qutu tiplidir. Tәdqiqatlar zamanı dağıdılmış qәbirlәrin birindәn Kür-Araz mәdәniyyәtinә aid keramik parçaları tapılmışdır. Araşdırmalar zamanı nekropolda Dәmir dövrünә aid qәbirlәr dә aşkar edilmişdir. Dәmir dövrünә aid qәbir qaya parçalarından dörkünc formada hazırlanmış, üzәri ağır sal daşlarla qapadılmışdır. Qәbirin içәrisinә şm. tәrәfdә yerlәşәn ensiz dromosdan girilir. Qәbirin sağ divarında bir üçbucaqşәkilli taxça vardır. Abidә kanal qazılarkәn dağıntıya uğradıqdan vә talan edildiyindәn maddi-mәdәniyyәt nümunәlәri aşkar olunmamışdır. Tikinti texnikasına vә quruluşuna, hәmçinin arxeoloji materiallara görә G.n. e.ә. 4–1 minilliklәrә aid edilir.