Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏMİQAYA TƏSVİRLƏRİ 

    GƏMİQAYA TƏSVİRLƏRİ – Azәrb. Resp. Ordubad ş. yaxınlığında, Qapıcıq d.-nın yamaclarında qayaüstü tәsvirlәr. G.t. 1965 ildә geoloqlar tәrәfindәn aşkar olunmuş, 1968 ildәn tәdqiq edilir. Tәdqiqatlar nәticәsindә Qaranquş yaylağında dairәvi planlı mәskәnlәr (tikililәrin diametri 5–12 m olan divarları iri vә orta hәcmli qaya parçalarından qurulmuşdur) vә qayaüstü tәsvirlәr (hәmin mәskәnlәrin әtrafındakı qayalar üzәrindә) aşkara çıxarılmışdır. Sonralar isә buralar Araz sahilindә, elәcә dә Naxçıvançay, Əlincәçay, Gilançay vadilәrindә yaşamış tayfaların yaylaq yerlәri olmuşdur. Elә hәmin dövrlәrdәn buradakı qayalar üzәrindә insan vә müxtәlif heyvan (keçi, maral, it, at, bәbir, öküz, quş, balıq vә s.) tәsvirlәri, yay-ox vә kәmәndlә keçi ovlanması vә rәqs sәhnәlәri, ayrı-ayrı şәrti işarәlәr (dairәlәr, dördbucaqlı, üçbucaqlı, çәrxi-fәlәk nişanları vә s. rәsmlәr) hәkk edilmişdir. Rәsmlәr tәk, qoşa vә kompozisiyalıdır.

    G.t.-nin vә oradakı qәdim mәskәnlәrinin azı 5–6 min yaşı var. G.t. qәdim Naxçıvanın Tunc vә Dәmir dövrü әhalisinin bәdii tәfәkkürünü, estetik baxışlarını vә dini- ideoloji tәsәvvürlәrini әks etdirәn qiymәtli tarixi mәnbәdir.

    Əd.: Ə l i y e v  V.H. Gәmiqaya abidәlәri. B., 1993; M ü s e y i b l i N. Gәmiqaya rәsmlәri. B., 2002; B a x ş ә l i y e v V. Gәmiqaya tәsvirlәri. B., 2003; M ü s e y i b l i  N. Gәmiqaya. B., 2004; К е р и м о в В. Гемикая. Б., 2005.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN