Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏMİQAYIRMA 

    GƏMİQAYIRMA – gәmi inşa edәn sәnaye sahәsi. Geniş mәnada G. gәmi nәzәriyyәsi, gәminin inşaat mexanikası, gәmi arxitekturası, gәmilәrin layihәlәndirmә nәzәriyyәsi, gәmi güc qurğuları, gәmi mexanizmlәri, G.-nın texnologiyası vә tәşkilatı kimi elm sahәlәrini әhatә edir. Qәdim Misir, Finikiya, Qәdim Çindә gәmilәr olmuşdur. Orta әsrlәrdә Bizans, Aralıq dәnizi vә Şimali Avropa dövlәtlәrindә xeyli sayda gәmilәr inşa edildi. 15–16 әsrlәrdә Portuqaliya vә İspaniyada, daha sonra İngiltәrә, Niderland, Fransa vә digәr ölkәlәrdә G. intensiv inkişaf etmәyә başladı. İkinci dünya müharibәsindәn sonra İngiltәrә vә Şotlandiyada dünyada әn iri tәrsanәlәr tikildi.

    G.-nın әsas obyekti mürәkkәb mühәndis qurğuları olan iri gәmilәrdir. Bu, hәrәkәt prinsipinin, gövdәsinin formasının, hәrәkәt-sükan kompleksi tipinin әsaslandırılmasından tutmuş, texniki vә texnoloji problemlәrin (gövdә materialının vә üst tikilinin materialının seçilmәsi, naviqasiya keyfiyyәtlәrinin tәmin edilmәsi, gәminin çәkisinin minimuma endirilmәsi vә s.) hәllinә qәdәr çoxlu sayda mәsәlәlәrin hәlli ilә bağlıdır. Odur ki, gәminin xarakteristikalarının әsaslandırılması vә layihәnin işlәnmәsi mәrhәlәsindә müxtәlif növ tәcrübә (sınaq) hovuzlarında, kavitasiya vә aerodinamik borularda, irimiqyaslı özügedәn modellәrdә aparılan sınaq tәdqiqatları böyük әhәmiyyәt daşıyır. Gәmilәrin hazırlanmasının bütün mәrhәlәlәrindә mürәkkәb mәsәlәlәrin hәlli zamanı kompüter texnologiyalarının tәtbiqi mühüm rol oynayır. Gәminin tikilmәsi zamanı әsas tәlәblәrdәn biri işlәrin sexlәrdә, yaxud xüsusi avadanlıqla tәchiz edilmiş yerlәrdә aparılmasıdır. Bu mәqsәdlә gәmi ayrı-ayrı modullara, bloklara bölünür, sonra isә stapeldә (tikinti vә tәmir zamanı gәmilәrin dayanacağı olan maili platforma) yığılır. G. müәssisәlәri gәmi gövdәsinin materialından – metal (polad, yüngül әrintilәr), plastik kütlә, dәmir-beton, ağac, kompozisiya materialı; inşa edilәn gәmilәrin tipindәn (buzqıran, tanker, quru yüklәr üçün vә s.); hәmçinin onların subasımından; emaledici avadanlığın, kran avadanlığının, işәsalma qurğularının növünün seçilmәsindәn asılı olaraq fәrqlәnir. Tәyinatı, istehsal gücü, tәchizatı, istehsalın vә texnoloji proseslәrin tәşkili xüsusiyyәtlәrindәn asılı olaraq G. sәnayesi z-dları G. z-dları, tәrsanәlәr, gәmi maşınqayırma z-dları vә gәmi tәmiri z-dlarına ayrılır.

    Azәrb.-da G. bir sıra gәmi tәmiri z-dları ilә tәmsil olunurdu. Bakının Qaradağ r-nunda müasir standartlara cavab verәn G. z-du Xәzәr donanmasını müasirlәşdirmәyә imkan verdi. Müәssisәdә ildә 15000 t yükgötürmә qabiliyyәti olan dörd vә ya 70000 t yükgötürmә qabiliyyәti olan iki tanker vә dörd özül tәchizat gәmisi tikmәk, müxtәlif tәyinatlı 80–100 gәmini tәmir etmәk mümkündür. Z-dda inşa edilәn ilk yedәk gәmisi 50 t yükdartma gücünә malikdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN