GƏMİNİN BALLASTLANMASI – gәmiyә zәruri dayanıqlıq vә dalğaya davamlılıq vermәk üçün maye vә ya bәrk ballast götürülmәsi. Gәmidәki üst tikililәrin çoxluğu (mәs., sәrnişin gәmilәrindә), yüklәrin göyәrtәdә daşınması (konteynerdaşıyanlarda, ağacdaşıyanlarda) vә s. onun ağırlıq mәrkәzinin hündürdә yerlәşmәsinә sәbәb olur. Ballastlar aşağı qatda yerlәşmiş sisternlәrә, yaxud bölmәlәrә yerlәşdirildikdә gәminin ağırlıq mәrkәzi aşağı hissәyә düşür. Gәminin suya taraz, dayanıqlı vәziyyәtdә oturmasını tәnzimlәmәk mәqsәdilә ballastlanmada qәbul edilәn ballastın ağırlıq mәrkәzinin gәminin hündürlüyünә yox, mәhz uzununa nәzәrәn vәziyyәti daha әhәmiyyәtlidir. Maye ballastla G.b. ballast sisteminin kömәyilә hәyata keçirilir.