Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏMİRİCİLƏR 

    GƏMİRİCİLƏR (Rodentia) – mәmәlilәr sinfinin bir dәstәsi. Qazıntı qalıqları Paleosendәn mәlumdur. Xırda vә orta böyüklükdә heyvanlardır; bәdәn uz. 5-dәn (siçanlar) 130 sm-әdәk (sudonuzu), kütlәsi 6 qr-dan 50 kq-adәk olur. Xarici görünüşcә çox müxtәlifdir; onların arasında müxtәlif hәyat formalarına rast gәlinir: yeraltında yaşayanlar (yerqazanlar, qoferlәr, koruşlar, kor siçanlar), ağacda yaşayanlar (sincablar, uçan sincablar), suda yaşayanlar (qunduzlar, nutriyalar, ondatralar), qaçmağa uyğunlaşmışlar (әrәbdovşanılar, maralar, aqutilәr). G.-lәrin tük örtüyü bircinsli yumşaq xәzdәn ibarәt (kor siçanlar, koruşlar), qıl vә xәzaltı narın tüklәrә ayrılmış (qunduzlar, nutriyalar), iynәli (oxlu kirpi), yaxud ümumiyyәtlә tüksüz, çılpaq (çılpaq yerqazanlar) olurlar. Ön әtraflar 5–4 barmaqlı, arxa әtraflar 5–3 barmaqlıdır. Diş sisteminin quruluşu dәstә üçün ümumidir. Bütün G.-dә kökü olmayan vә heyvanın hәyatı boyu böyüyәn kәsici dişlәr güclü inkişaf etmişdir (hәr çәnәdә 1 cüt); onların kәsici kәnarı sürtüldükcә öz-özünә itilәnir (diş minasının vә dentinin müxtәlif bәrkliyinә görә). Bәzi G.-dә (boz susiçovulu) daimi böyümә azı dişlәr üçün dә sәciyyәvidir. Köpәk dişlәri olmadığından kәsici dişlәr vә yanaq dişlәri arasında böyük mәsamә-diastema yaranır. Baş beyin nisbәtәn iri, yarımkürәlәrin sәthi hamardır.

    Gәmiricilәr: 1– bağ süleysini (Eliomys quercinus ); 2 – meşә siçanı (Sicista betulina); 3 – burunduk (Tamias sibiricus); 4 – adi sincab (Seiurus vulgaris); 5 – seleviniya (Selevinia betpakdalensis); 6 – ondatra (Ondatra zibethicus); 7 – meridian qumsiçanı (Meriones meridianus); 8 – böyük әrәbdovşanı (Allactaga major); 9 – yoğunquyruq әrәbdovşanı (Pygerethmus platyurus); 10 – çilli sünbülqıran (Citellus suslicus); 11 – baybak (Marmota bobak); 12 – qunduz (Castor fiber); 13 – nutriya, bataqlıq qunduzu (Myocastor coypus); 14 – dırnaqlı lemminq (Dicrostonyx torquatus); 15 – Norveç lemminqi (Lemmus lemmus); 16 – düzәnlik pәlәqulağı (Lagostomus maximus); 17 – şinşilla (Chinchilla laniger); 18 – çöl siçanı (Apodemus agrarius); 19 – Hindistan tirәndazı (Hystrix indica); 20 – Cunqariya dağsiçanı (Phodopus sungorus); 21 – adi tarlasiçanı (Microtus arvalis); 22 – aquti (Dasyprocta agouti); 23 – adi dağsiçanı (Cricetus cricetus), 24 – Adi korsiçan (Spalax mikrophtalmus); 25 – Adi koruş (Myospalax myospalax).

    G. mәmәlilәrin әn böyük (355-әdәk cins, 1600-dәn artıq növ) vә müxtәlif dәstәsidir. Bura 30–35 müasir fәsilә daxildir; bunlardan 3-ü daha çoxsaylıdır vә müasir növlәrin 2/3-nә qәdәri bura daxildir: sincablar (40-adәk cins vә 230 növ), dağsiçanları (6–8 yarımfәsilә, 100-әdәk cins, 500-әdәk növ) vә siçanabәnzәrlәr (tәqr. 17 yarımfәsilә, 120-yәdәk cins, 400-dәn artıq növ). Bir sıra fәsilә (qunduzkimilәr, uzunayaqlar, sudonuzları, pakarnalar) 1–2 növü olan eyniadlı 1 cinsdәn ibarәtdir.

    G.Antarktidadan başqa hәr yerdә yayılmışdır; tundradan sәhralara, düzәnlik bataqlıqlarındanyüksәk dağlara qәdәr bütün tәbii zonalarda yaşayırlar. G.-in iti kәsici dişlәri tәkcә bәrk qidanı gәmirmәk üçün deyil, hәm dә qazımaq üçün lazımdır. G.-in әksәriyyәti gecә-gündüz fәaldırlar; lakin yalnız gecә, yaxud yalnız gündüz fәal olan növlәri dә var. Bir sıra növlәr (marmotlar, sünbülqıranlar, süleysinlәr) metabolizmin vә bәdәn temp-runun düşmәsi ilә müşayiәt olunan müxtәlif müddәtli yuxuya gedirlәr. G.-in sığınacaqları olduqca müxtәlifdir: mürәkkәb quruluşda düzәldilmiş dәrin yuvalar (pәlәqulaqlar, yerqazanlar, tundukokimilәr), yeraltı, yerüstü, yaxud torpaq boşluqlarında düzәldilmiş yuvalar (qara siçovul, ev siçanları, siçanabәnzәr gәmiricilәr), budaqlardan (qunduzlar), yaxud otlardan (ondatra) düzәldilmiş sualtı girişi olan daxmacıqlar, otlardan düzәldilmiş asılı yuvalar (cırtdan siçan), yaxud ağaclarda olan yuvalar (sincablar). G. bitki mәnşәli yemlәrlә (toxumlar, meyvәlәr, bitkilәrin şirәli yaşıl hissәlәri, qabıq vә oduncaqla) qidalanırlar; bir çoxunun rasionu xırda onurğasızlar vә onurğalılardan ibarәtdir; bәzilәri ancaq cücüyeyәn (şala dağ siçancıqları), balıqyeyәn (balıqyeyәn dağ siçancıqları), yaxud yırtıcıdırlar (bir sıra iri siçovul). Tәk-tәk, yaxud koloniyalarla, yәni icma halında hәyat tәrzi keçirәn cücülәrdә olduğu kimi vәzifә bölgüsü ilә yaşayır (çılpaq yerqazanlar).

    Bütün tәbii zonalarda mәmәlilәr arasında sayına görә G. üstünlük tәşkil edir. Bir qayda olaraq G. yüksәk mәhsuldarlığına (törәyib-artmasına) görә fәrqlәnirlәr. Hәr dәfә 8–15 bala vermәklә ildә bir neçә dәfә (çox vaxt 2–4) balalayır. Bir çoxuna erkәn (2–3 aylıqda) yetişkәnlik xasdır. Xırda G.-in (siçanlar, tarla siçanları) sayı ayrı-ayrı illәrdә 100 dәfә vә daha çox arta bilәr; bәzәn böyük әrazilәrdә onların demәk olar ki, nәslinin tamamilә kәsildiyi illәrdә olur.

    G.-in ekoloji rolu hәr yerdә böyükdür. Mәs., tundrada lemminqlәrin sayının dәyişmәsi bütün ekoloji sistemin dinamikasını xeyli dәrәcәdә müәyyәnlәşdirir; sәhralarda G.-in qazıcı fәaliyyәti bir çox heyvanların yaşamasına kömәk edir, torpağın qarışdırılmasına sәbәb olur, bitkiliyin rütubәtlәnmә rejimini vә növ tәrkibini müәyyәn edir: qunduzlar bәndlәr yaratmaq vә böyük әrazilәri bataqlaşdırmaqla spesifik landşaft formalaşdırırlar.

    Bәzi G. (o cümlәdәn, şinşilla, qunduz, ondatra) xәz sәnayesinin qiymәtli obyektidir. Bir çox G. (meşә tarla siçanları, lemminqlәr, boz tarla siçanlar) qiymәtli xәzli yırtıcıların (tundra tülküsü, samur, dәlә vә s.) әsas yemidir. G. arasında bitkiçiliyә, kәnd vә meşә tәsәrrüfatına, hәmçinin әrzaq mәhsulları ehtiyatına böyük zәrәr verәn növlәr (siçovul, siçan, yer sincabı, dağ siçanı) dә vardır. Bir çox növlәri insanlarda yoluxucu xәstәliklәr (o cümlәdәn taun, tulyaremiya, rikketsioz, leyşmanioz, gәnә ensefaliti, hemorragik qızdırma vә s.) yaranır. Boz vә qara siçovul, ev siçanları insanların olduğu hәr yerdә yayılmışdır; bütünlüklә insan fәaliyyәtindәn asılı olaraq populyasiyalar yaradırlar. Bәzi G. müxtәlif texniki qurğu vә tikililәrә xeyli ziyan vurur. G. arasında nadir regional ekoloji sistemlәrә uyğunlaşan kiçik areallı növlәr vardır (pәlәqulaq, Pataqoniya marası, pakarna). G.-in bir çox növü azalmış, yaxud sayının azalmasına çox meyillidirlәr. 700-әdәk gәmirici növü TTEMBİ-nin “ Qırmızı kitab” ına daxil edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN