Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    “GƏNC ÇEXLƏR” 

    “GƏNC ÇEXLƏR” – Çexiyada siyasi partiya. 1874 ildә K. Sladkovski, Y. Qreqr vә E. Qreqrın başçılığı ilә Çexiya Milli Partiyasının (köhnә çexlәr) müxalif qanadının (“G.ç.”) üzvlәri tәrәfindәn yaradılmışdır. “G.ç.”-in proqramında liberal prinsiplәrinә sәdaqәt, parlament quruluşunun islahatı vә yerli idarәetmәnin genişlәndirilmәsi әks olunmuşdu. Partiyanın mәrkәzi mәtbuat orqanı “Narodny listy” qәzeti idi. Zemstvo seyminә (1890) vә reyxsrata (1891) seçkilәrdә inamlı qәlәbәsi nәticәsindә Çexiyada әn nüfuzlu partiyaya çevrilmişdi. 1890-cı illәrin ikinci yarısında “G.ç.” dil mәsәlәsinin hәlli üçün bir sıra uğursuz cәhd göstәrdilәr. 19 әsrin sonundan yeni partiyaların yaradılması vә seçki sistemindә islahatın keçirilmәsi nәticәsindә “G.ç.” Çexiyanın aparıcı siyasi qüvvә mövqeyini itirmişdilәr. 1907 ildә “G.ç.” sәnaye burjuaziyasının vә maliyyә dairәlәrinin mәnafeyi uğrunda çıxış edәn әn iri şәhәr partiyası kimi qüvvәtlәnmişdilәr. Partiyanın rәhbәri K. Kramarj idi. 1918 ildә “G.ç.” Çexiya Xalq Partiyası (realistlәr) vә digәr siyasi qruplaşmalarla birgә K. Kramarjın rәhbәrliyi ilә “Çexiya dövlәt-hüquqi demokratiya” partiyasını (1919 ildәn Çexiya milli-demokrat partiyası) yaratmışdılar.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN