Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏNC FİNLƏR PARTİYASI

    GƏNC FİNLƏR PARTİYASI – Böyük Finlandiya Knyazlığında (BFK) vә müstәqil Finlandiyada liberal-demokrat partiyası. G.f.p.-nın özәyini Fin partiyasının tәrkibindә yaradılmış, öz proqramı olan gәnc finlәr fraksiyası (1894) tәşkil edirdi. Fraksiyanın liderlәri Y. Axo, A. Yarnefelt vә E. Erkko Fin partiyasının mühafizәkar kursuna vә onun Finlandiyanın gen.-qubernatoru ilә әmәkdaşlığına qarşı çıxırdılar.  Bu sәbәbdәn gәnc finlәrlә İsveç partiyasının rәhbәrlәri arasında yaxınlaşma baş verdi. Gәnc finlәr fraksiyasının, sonralar isә partiyanın başlıca mәqsәdi BFK-nın dövlәt-hüquqi әsaslarının müdafiәsi idi. 1903 ildә gәnc finlәr İsveç partiyası ilә Konstitusiya blokunda birlәşәrәk әhalini Finlandiya gen.-qubernatoru N.İ.Bobrikovun siyasәtinә qarşı passiv müqavimәtә çağırırdılar. Gәnc finlәr fraksiyasında mötәdil (K.Y. Stolberq) vә radikal (P.E. Svinxuvud, Y.Kastren) qollar yarandı. Mötәdillәr müәyyәn hallarda ali hakimiyyәtlә kompromisә hazır idilәr, radikallar isә bundan imtina edirdilәr.

    Tәşkilati baxımdan partiya 1906 ildә formalaşdı. G.f.p., әsasәn, ziyalılar, jurnalistlәr vә mәdәniyyәt xadimlәrindәn ibarәt idi. Partiyanın proqramında BFK-nın Rusiya imperiyası tәrkibindә muxtariyyәt statusunun qorunması ilә yanaşı, fin Seyminin BFK Senatının iqtisadi siyasәtinә nәzәrәt sәlahiyyәtlәrinin genişlәndirilmәsi, fin dilinin rәsmi sahәdә vә mәdәniyyәtdә istifadәsinә keçid kimi tәlәblәr әks olunurdu. 1907 ildәn başlayaraq partiyadakı iki qruplaşma arasında ziddiyyәtlәr getdikcә kәskinlәşirdi. Birinci dünya müharibәsi dövründә Stolberqin başçılığı ilә mötәdil qanadın BFK-nın Rusiyanın tәrkibindә geniş muxtariyyәt uğrunda çıxışı davam etdiyi halda, Svinxuvudun qrupu fәaliyyәtini Almaniyanın dәstәyi ilә Finlandiyanın müstәqillik әldә etmәsinә yönәltdi. Finlandiya inqilabının (1918) yatırılmasından sonra Svinxuvud vә onun tәrәfdarları ölkәdә monarxiyanın qurulmasını vә şahzadә Hessenli Fridrix Karlın kral seçilmәsini dәstәklәmәsi sәbәbindәn partiya qәti şәkildә parçalandı vә hәmin ilin dekabrında fәaliyyәtini dayandırdı. Svinxuvudun tәrәfdarları Milli Koalisiya Partiyasına qoşuldu, Stolberqin silahdaşları isә Milli Tәrәqqi Partiyasını yaratdılar.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN