Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    “GƏNC İTALİYA”

    “GƏNC İTALİYA” (“Giovine Italia”) – gizli inqilabi tәşkilat; 1831 ilin iyulunda Marsel ş.-ndә C. Madzini yaratmışdı. Adı Madzinin tәşkilata inqilabı yekunlaşdırmaq üçün daha yararlı hesab etdiyi yalnız 40 yaşadәk kişilәri qәbul etmәk siyasәti ilә bağlıdır. Özәyini italyan inqilabçı mühacirlәri, hәmçinin onlara qoşulan sol karbonarilәrin (1807–32 illәrdә İtaliyada mövcud olmuş gizli siyasi tәşkilatların üzvlәri) bir hissәsi tәşkil edirdi. “G.İ.”-nın başlıca mәqsәdi İtaliyanı birlәşdirmәk vә yadelli әsarәtindәn azad etmәk idi. Marseldә qeyri-leqal yolla İtaliyaya gәtirilәn eyniadlı jurnal (1832–34) dәrc olunurdu. İtaliyada 1833 ilәdәk üzvlәrinin sayı müxtәlif mәlumatlara görә, 50 min nәfәrә çatan “G.İ.”-nın gizli bölmәlәri fәaliyyәt göstәrirdi. Tәşkilatın fәaliyyәtindә diqqәt ilk növbәdә sui-qәsdlәrin hazırlanmasına yönәldilirdi. Madzininin fikrincә, bu, ümumitalyan inqilabına tәkan vermәli idi. 1831 ildә hakimiyyәtә gәlәn Sardiniya kralı Karl Albertin siyasәtindәn narazı qalan “G.İ.” tәşkilatının üzvlәri Sardiniya ordusunda üsyan tәşkil etmәk kursu götürәrәk, bununla konstitusiya qәbuluna vә Avstriya imperiyasına müharibә elan edilmәsinә nail olmağa cәhd göstәrdilәr. 1833 ilin yazında sui-qәsdin üstü açıldı, “G.İ.”-nın 12 üzvü edam edildi, 60 nәfәrdәn çoxu hәbsә atıldı, tәşkilatın rәhbәrliyi Fransadan sürgün edilәrәk İsveçrәyә köçürüldü. 1834 ilin fevralında “G.İ.”-nın italyan, polyak vә alman mühacirlәrindәn ibarәt kiçik dәstәsi (tәqr. 1 min nәfәr) Polşa üsyanı (1830–31) iştirakçısı gen. C. Ramorinonun başçılığı ilә Savoyyaya soxulsa da, әhalidәn dәstәk ala bilmәdi vә elә hәmin ay Savoyyadan qovuldu. “G.İ.”-nın üzvü C. Haribaldinin Genuyada üsyan qaldırmaq cәhdi dә müvәffәqiyyәtsizliyә uğradı. 1834 ildәn sonra “G.İ.” faktiki olaraq fәaliyyәtini dayandırdı, “Gәnc Polşa”“Gәnc Almaniya” kimi Madzini tәrәfindәn yeni yaradılmış “Gәnc Avropa” tәşkilatının tәrkibinә keçdi. 1840 ilin aprelindә Londonda yenidәn tәşkil edilmiş ikinci “G.İ.” fәhlә mәsәlәsinin hәllinә böyük әhәmiyyәt verirdi. “G.İ.”-nın bölmәsi kimi “İtalyan fәhlәlәri ittifaqı” yaradıldı. Fәhlәlәrin birlәşmәsi ideyası “Apostolato popolare” jurnalının (1840–43 illәrdә tirajı tәqr. 2 min nüsxә idi) sәhifәlәrindә tәbliğ olunurdu. Bununla yanaşı, Madzini üçün milli prinsip önәmli olaraq qalırdı. İkinci “G.İ.” İtaliyada (inqilabın qalib gәlәcәyi tәqdirdә) respublika quruluşunun yaradılması tәlәbini geri götürdü, bu mәsәlәnin hәllini Milli mәclisә hәvalә etdi. Əvvәlki kimi üsyan milli müstәqilliyә vә ölkәnin bütövlüyünә nail olmaq vasitәsi hesab olunurdu. Romanya (1843), Kalabriya (1844 ildә Bandera qardaşlarının üsyanı) vә digәr әrazilәrdә üsyan qaldırmaq üçün cәhd göstәrildi. Üsyan iştirakçılarının şücaәtinә baxmayaraq, çıxışların hamısı uğursuzluğa uğradı. Bununla әlaqәdar olaraq 1840-cı illәrin ortalarında “G.İ.” taktikasını dәyişәrәk İtaliya milli azadlıq hәrәkatının mötәdil monarxist vә liberal cinahı ilә ittifaqa girdi. 1848 ilin martında Parisdә “İtaliya milli assosiasiyası” kimi yenidәn tәşkil olundu.

    Bütün ziddiyyәtlәrinә baxmayaraq “G.İ.”-nın fәaliyyәti İtaliya milli azadlıq hәrәkatı – Risorcimento tarixindә mühüm yer tutur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN