“GƏNC SLOVENLƏR” – ideologiyasına görә “Gәnc çexlәr”ә yaxın olan slovenlәrin siyasi vә mәdәni cәrәyanı. 1860-cı illәrdә sloven vәtәnpәrvәrlәrin liberal qanadı kimi formalaşmışdır. “G.s”. sloven torpaqlarına Avstriya imperiyasının tәrkibindә geniş muxtariyyәt verilmәsini, mütәrәqqi islahatların keçirilmәsini, mәktәblәrdә tәdrisin sloven dilindә aparılmasını tәlәb edirdilәr. İdeyalarını tәbliğ etmәk mәqsәdilә açıq yerlәrdә xalq yığıncaqları – taborları keçirirdilәr. 1863 ildә “G.s.”-in ideoloqlarından biri F. Levstik “Narpej” jurnalını nәşr etmәyә başladı, 1868 ildәn A. Tomşiç vә Y. Yurçiç “Slovenski narod” qәzetini buraxırdılar. Radikallar mühafizәkarlarla kompromis tәrәfdarlarına qarşı çıxırdılar. 1890-cı illәrdә İ. Xribar vә İ. Tavçarın rәhbәrliyi ilә “G.s.”-in radikal qrupu Xalq Tәrәqqi Partiyasını yaratmışdılar. Yurçiçin vә Levstikin ölümündәn sonra 1890-cı illәrin sonlarında “G.s.” hәrәkatı siyasi arenadan çıxmışdır.