Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏNC TÜRKLƏR İNQİLABI (1908)

    GƏNC TÜRKLƏR İNQİLABI (1908) – Osmanlı imperiyasında burjua-demokratik inqilab. Əsas mәqsәdlәri II Əbdülhәmidin devrilmәsi, konstitusiyalı quruluşunun yaradılması, liberal islahatların aparılması, xarici asılılığından azad olunmaq idi. “Gәnc türklәr”in rәhbәrliyi ilә baş verdiyinә görә belә adlandırılmışdır.

    19 әsrin sonu – 20 әsrin әvvәllәrindә sultan idarәçiliyindәn narazılığın artması şәraitindә Osmanlı imperiyasında gizli müxalifәt cәmiyyәtlәrinin geniş şәbәkәsi yaranmışdır; 1907 ildә Parisdә “İttihad vә tәrәqqi”, elәcә dә ona qoşulan digәr tәşkilatların qurultayında onlar birlәşdilәr, 1908 ildә mәqsәdә çatmaq üçün silahlı mübarizәni әsas üsul kimi qәbul edәn vahid fәaliyyәt proqramı işlәnib hazırlandı. İnqilaba hazırlıq mәrkәzlәri “İtthad vә tәrәqqi” tәşkilatının baş qәrargahının yerlәşdiyi Sәlanik (indiki Saloniki) ş. vә türk siyasi mühacirәtinin mәrkәzi olan Paris idi. Sultan hökumәti tәrәfindәn repressiyaların şiddәtlәnmәsi üsyan üçün bәhanә oldu. 1908 il iyulun 3-dә Makedoniyanın Resne ş.-nin komendantı, “İtthad vә tәrәqqi” komitәsinin rәhbәri mayor Niyazi bәy 200 tәrәfdaşı ilә qarnizonun silahını vә xәzinәsini әlә keçirәrәk dağlara çәkildi. İyulun 6-da Ən- vәr bәyin başçılığı ilә digәr hәrbi dәstәlәr üsyançılara qoşuldu. 1908 il iyulun 23-dә Osmanlı imperiyasının Avropa hissәsindә yerlәşәn Sәlanik, Monastir, Oxrid vә s. şәhәrlәri tutuldu. İyulun 24-dә II Əbdülhәmid Makedoniya ordusunun İstanbula hücumundan ehtiyatlanaraq 1876 il konstitusiyasının bәrpası vә parlament seçkilәrinin keçirilmәsi, iyulun 25-dә isә üsyançıların әfvi haqqında fәrman imzaladı. 1908 ilin oktyabrında keçirilmiş parlament seçkilәrindә “Gәnc türklәr” qәlәbә qazandılar; 250 deputatdan 150 nәfәri “Gәnc türklәr” idi. 1908–09 illәrdә bu hökumәtә Sәid paşa, Kamil paşa vә Süleyman paşa başçılıq etmişdir. 1908 il noyabrın 2-dә parlamentin ilk iclası çağırıldı. II Əbdülhәmid ingilislәrin himayә etdiyi “Əhrar” (“Liberallar”) partiyası vә “İttihadi müsәlman” tәşkilatlar İstanbul hәrbi qarnizonunun kömәkliyilә hakimiyyәti tamamilә әlinә keçirdi. 1909 il aprelin 13-dә İstanbul qarnizonunun bәzi hissәlәri sultanın tәkbaşına şәriәt hakimiyyәtinin bәrpası vә parlamentin buraxılması şüarları altında qiyam qaldırdılar. Qiyam “Gәnc türklәr”in öldürülmәsi ilә müşayiәt olunurdu. Aprelin 26-da İstanbuldan Sәlanikә qaçan “Gәnc türklәr” onlara sadiq qalan hәrbi hissәlәrdәn ibarәt olan, Mahmud Şövkәt paşanın komandanlıq etdiyi “hәrәkәt ordusu” hәmlә ilә İstanbulu aldı vә aprelin 27-dә sultan devrildi. V Mehmed Rәşad [1909–18] sultan elan olunsa da, әslindә hakimiyyәt “Gәnc türklәr”in әlindә idi. Hakimiyyәtdә möhkәmlәnәn “Gәnc türklәr” tezliklә islahatlardan imtina etdilәr vә artıq 1910–11 illәrdә G.t.i. faktiki mәğlubiyyәtә uğradı. 1913 ilin yanvarında Ənvәr paşa, Tәlәt paşa vә Camal paşa triumviratının hakimiyyәtә gәlmәsindәn sonra 1876 il konstitusiyası lәğv olundu, parlament isә ölkәnin siyasi hәyatına tәsir göstәrmәk imkanını itirdi. Türkiyәnin Birinci dünya müharibәsindә mәğlubiyyәti “Gәnc türklәr”in hakimiyyәtinә son qoydu. Burjua-demokratik islahatlar aparmaq mәqsәdi Türkiyәdә inqilabi hәrәkatının yeni mәrhәlәsindә  “Kamalçılar inqilabı” (1918–23) gedişindә reallaşdı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN