Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏNCƏ 

    GƏNCƏ [1804 ilәdәk vә 1918–35 illәrdә Gәncә, 1804–1918 illәrdә Yelizavetpol (Rusiya iperatoru Ι Aleksandrın arvadı Yelizavetanın şәrәfinә), 1935–1989 illәrdә Kirovabad (S.M.Kirovun şәrәfinә)] – Azәrb. Resp.-nda şәhәr. Bakı ş.-ndәn 350 km q.-dә, Kiçik Qafqazın şm.-ş. yamacında, Gәncә-Qazax düzәnliyindә, Gәncә çayının hәr iki sahilindәdir. Bakı–Tbilisi–Qars d.y.-nda st., avtomobil yolları qovşağı, beynәlxalq aeroport. 2 r-nu (Kәpәz, Nizami), 6 qәs. var. Sah. 125 km2. Əh. 332,1 min (2017; әhalisinin sayına görә resp.-nın ikinci şәhәridir).

     Gәncә. Heydәr Əliyev parkı.

    İqlimi mülayim-istidir. Orta temp-r yanvarda 1,1°C, iyulda 25,4°C-dir. İllik yağıntı 250–300 mm(coğ.)

    G. Azәrb.-ın qәdim şәhәrlәrindәndir. G. haqqında әrәb (Cәnzә), fars (Gәncә), ermәni (Qandzak), gürcü (Qandza) vә s. mәnbәlәrdә, hәmçinin rus vә orta әsr Avropa müәlliflәrinin әsәrlәrindә mәlumat verilmişdir. “Kitabi-Dәdә Qorqud” dastanında da G.-nin adı çәkilir. “Gәncә” sözünün etimologiyası haqqında mülahizәlәr müxtәlifdir. E. Reslerә görә, “G.” Azәrb. sözü olub “açıq yer”, “gen (gәncә) yer” mәnasındadır. Bәzi tәdqiqatçıların (N.Y.  Marr, Y. Markvart vә b.) fikrincә, “Gәncә” pәhlәvi dilindә “xәzinә”, “dәfinә”, “mәhsul saxlanılan yer” demәkdir. Bu, G.-nin qәdim karvan yolları ayrıcında yerlәşmәsi vә mühüm ticarәt mәrkәzlәrindәn olması ilә әlaqәdardır. “Gәncә” sözünü tayfa adı ilә dә bağlayırlar.

    G.-nin salındığı tarix dәqiq mәlum deyil. Bәzi müәlliflәr G.-nin Makedoniyalı İsgәndәrin dövründә (e.ә. 336–323), başqaları isә e.ә. 2 әsr – eramızın 4 әsri arasında salındığını göstәrirlәr. Mirxond G.-nin Sasani hökmdarı I Qubadın zamanında [489– 531], Hәmdullah Qәzvini isә 659/60 ildә salındığını qeyd etmişlәr. Akad. V.V.Bartolda görә, G.-nin әsası 853/54 ildә qoyulmuşdur. Azәrb. arxeoloqu İ.Cәfәrzadәnin fikrincә, G. 5 әsrdә salınmışdır. G.-nin müasir tәdqiqatçılarından olan A.Mәmmәdov bildirmişdir ki, G.-dәn tapılan 16 sikkә Makedoniyalı İsgәndәrin adına kәsilmiş pulların oxşarıdır.

    7 әsrin ortalarında Xilafәt qoşunları tәrәfindәn tutulan G. xәzәrlәrlә әrәblәr arasında müharibә meydanına çevrilmişdi. 9 әsrdә beynәlxalq ticarәtdә G. mühüm rol oynayırdı. Bәrdәdәn sonra Arranın ikinci şәhәri hesab olunan G. Ön Asiyanın mühüm iqtisadi mәrkәzlәrindәn idi. İqtisadiyyatında sәnәtkarlıq vә ticarәt xüsusi yer tuturdu. G. bazarında yerli vә xarici sәnәtkarların hazırladıqları müxtәlif mәmulatlar satılırdı. Şәhәrin yaxınlığında dәmir, mis, zәy vә s. mәdәnlәri sәnәtkarlığın inkişafına zәmin yaradırdı. İbn Havqәlin mәlumatına görә, gözәl vә zәrif şәhәr olan G.-dә sıx әhali yaşayırdı. Şәhәrdә aparılmış qazıntılara (2012) görә, Kür çayının gәmiçiliyә yararlı vaxtlarında burada buxtalar, yük anbarları, qonaq hücrәlәri, sәnәtkarlıq mәhәllәlәri olmuşdur. Tapılan sikkәlәr ticarәtin inkişafından xәbәr verir. Rusların yürüşü (941) nәticәsindә Bәrdә tәnәzzül etdikdәn sonra Arranın paytaxtı G.-yә köçürüldü. Namәlum müәllif tәrәfindәn farsca yazılmış “Hüdud әl-alәm” (10 әsr) әsәrindә göstәrilir ki, möhtәşәm şәhәr olan G. hündür qala divarları ilә әhatәlәnmişdi; әtrafında xәndәk qazılmışdı. 9– 10 әsrlәrdә Xilafәtin zәiflәmәsi ilә әlaqәdar başqa yerlәrdә olduğu kimi, Azәrb.-da da müstәqil dövlәtlәr yarandı. G. 10 әsrin 60- cı illәrinin sonunadәk Salarilәr dövlәti tәrkibinә daxil idi. Salarilәrin Arran valisinin iqamәtgahı G.-dә yerlәşirdi. Hәmin dövrdә G.-ni Salari hakimi Əli әt-Tazi idarә edirdi. 970 ildәn G. Şәddadilәrin әlinә keçdi. Şәddadilәr dövlәtinin paytaxtı kimi G.-nin rolu artdı. Şәddadilәr G.-dә qala, saraylar, körpülәr, karvansaralar tikdirirdilәr. G.-dә pul kәsilirdi. Şәhәr böyüdüyündәn onun әtrafına yeni möhkәm qala divarları çәkildi.

    10 әsrin ortalarından G. iri siyasi, iqtisadi vә mәdәni mәrkәzә çevrildi. Şәrq ölkәlәrindәn indiki Gürcüstan vә Qara dәniz sahillәrinә gedәn karvan-ticarәt yolları G.-dәn keçirdi. G.-nin siyasi mәrkәzә çevrilmәsi şәhәrin iqtisadi hәyatına da güclü tәsir etdi. Şәhәrin әrazisi genişlәnmiş, qala divarlarından kәnarda ticarәt-sәnәtkarlıq mәhәllәlәri salınmışdı. İpәkçilik, dulusçuluq vә s. xüsusilә inkişaf etmişdi. G.-dә istehsal olunan ipәk parçalar mәşhur idi. 11 әsrin әvvәllәrindә alban katalikosluğunun iqamәtgahı Bәrdәdәn G.-yә köçürüldü. 1054 ildә sәlcuq sultanı I Toğrul [1038–63] Arrana hücum etdi. Çoxlu hәdiyyәlәrlә I Toğrulu qarşılayan Şәddadi hökmdarı Əbül-Əsvar Şavur [1048–66] onun vassallığını qәbul etmәyә mәcbur oldu. Şavurun dövründә Azәrb. sәnәtkarı İbrahim Osmanoğlu G. qalasının mәşhur dәmir darvazasını (hazırda bir tayı Gürcüstanda Gelati monastırında saxlanılır) hazırladı (1063). Şәddadilәrin güclәnmәsindәn ehtiyat edәn Sәlcuqilәr 1075/76 ildә Savtәkinin komandanlığı ilә Arrana hücum etdilәr. Müәyyәn müqavimәt göstәrdikdәn sonra mübarizәnin faydasız olduğunu görәn Şәddadi hökmdarı III Fәzlun tәslim oldu; lakin bir müddәt sonra yaranmış әlverişli vәziyyәtdәn istifadә edәrәk yenidәn G.-dә hakimiyyәti әlә keçirdi. 1088 ildә Sәlcuq sultanı Mәlikşahın [1072– 92] sәrkәrdәsi Buğanın qoşunları G.-ni mühasirәyә aldı. Sәlcuqi qoşunları qala divarlarının altından lağım atıb, şәhәrә daxil oldular. Şәddadilәrin hakimiyyәtinә son qoyuldu; G. Sәlcuq әmirlәrinin iqamәtgahına çevrildi. Mәlikşahın ölümündәn sonra G.-ni oğlu Qiyasәddin Mәhәmmәd Tapar idarә etmәyә başladı. O, sultan seçildikdәn [1105–17] sonra da G. Sәlcuq hökmdarlarının iqamәtgahlarından biri kimi öz әhәmiyyәtini saxlamışdı. Sәlcuqilәr bu dövrdә qüvvәtlәnmiş gürcü dövlәtilә sәrhәd r-nunda yerlәşәn G.-yә xüsusi diqqәt verirdilәr. Şәhәrdә 48 min nәfәrlik qoşun saxlanılırdı. 12 әsrin birinci yarısında G. bir neçә dәfә gürcü feodallarının hücumuna mәruz qaldı. 1109 ildә IV David [1089–1125] G.-ni tutdu. Şәhәr qarәt edildi. Gürcülәrin hücumuna cavab olaraq Sәlcuq qoşunları Gürcüstana yürüş edib, xeyli qәnimәtlә geri döndülәr. Qiyasәddin Mәhәmmәd Tapar kiçik oğlu Mәlikşahı G.-yә әmir tәyin etdi.

     Gәncә İcra Hakimiyyәtinin binası.

    1139 il sentyabrın 30-da baş vermiş zәlzәlә nәticәsindә G. böyük dağıntılara mәruz qaldı. Tarixçilәrin mәlumatına görә, zәlzәlә nәticәsindә 200–300 min nәfәr hәlak oldu. Zәlzәlә zamanı Kәpәz d. uçaraq Ağsu çayının qarşısını kәsmiş vә Göygöl әmәlә gәlmişdi. Mxitar Qoşun mәlumatına görә, gürcü çarı I Demetre [1125–56] G. hakimi Qarasunqurun Arranda olmamasından istifadә edәrәk zәlzәlә nәticәsindә dağılmış vә müdafiәsiz qalmış şәhәrә hücum etdi. I Demetre şәhәri qarәt edәrәk G. darvazasını da hәrbi qәnimәt kimi Gürcüstana apardı. Bundan xәbәr tutaraq tezliklә G.-yә qayıdan Qarasunqur Gürcüstana hücum edib çoxlu qәnimәtlә geri döndü. Tezliklә bәrpa olunan G.,Arran vil.-ndә Şәmsәddin Eldәnizin iqamәtgahına çevrildi. G.-ni Eldәniz valilәri idarә edirdi. Şәmsәddin Eldәniz G.-dә geniş quruculuq işlәri apardı. Şәhәrin iqtisadi hәyatı inkişaf etdilәr. G. Yaxın Şәrqdә elm, әdәbiyyat vә incәsәnәt mәrkәzlәrindәn birinә çevrildi. 12 әsrin 60-cı illәrindә gürcülәr bir neçә dәfә Arrana soxuldular. Buna cavab olaraq Şәmsәddin Eldәniz 50 minlik qoşunla Gürcüstana hücum etdi. Eldәniz hökmdarları Mәhәmmәd Cahan Pәhlәvan [1174– 86] vә Qızıl Arslanın [1186–91] hakimiyyәti illәrindә xeyli tәrәqqi etmiş G. Azәrb.-ın iqtisadi, siyasi vә mәdәni hәyatında mühüm rol oynayırdı. Hakimiyyәt uğrunda Mәhәmmәd Cahan Pәhlәvanın oğulları arasında gedәn çәkişmәlәr Eldәnizlәr dövlәtini xeyli zәiflәtdi. Qardaşı Əbu Bәkrlә mübarizә aparmaq üçün әvvәlcә Şirvana, sonra isә Gürcüstana qaçan Əmiran Ömәr gürcü çariçәsi Tamaranı qardaşı Əbu Bәkrә qarşı hücuma sövq etdi. Onlara Şirvanşah I Axsitan da kömәk göstәrirdi. Əbu Bәkrin hәrbi iqamәtgahı G.-dә yerlәşirdi. 1194 ilin iyununda Şәmkür (Şәmkir) yaxınlığındakı döyüşdә Əbu Bәkr mәğlub oldu; gürcü qoşunları G.-yәdәk irәlilәyib şәhәri mühasirәyә aldılar. Şәhәr әhalisi inadlı müqavimәt göstәrdi. Əmiran Ömәrin apardığı danışıqlardan sonra şәhәr tәslim oldu. Əmiran Ömәr Tamaranın vassalı kimi G.-yә hakim tәyin edildi. Lakin o, cәmi 22 gün hakimiyyәt sürdükdәn sonra öldü (başqa mәlumata görә onu Əbu Bәkrin tәrәfdarları öldürmüşdü). Əbu Bәkr yenidәn G.-yә daxil olsa da, gürcü qoşunlarının hücumu әrәfәsindә şәhәri tәrk etdi. Şәhәr әhalisinin 25 günlük güclü müqavimәtindәn sonra gürcü qoşunları mühasirәdәn әl çәkdi.

    11 әsrin ikinci yarısı – 13 әsrin әvvәllәrindә G. Yaxın vә Orta Şәrqin mühüm ticarәt, sәnәtkarlıq, siyasi vә mәdәni mәrkәzlәrindәn biri idi. Eldәnizlәr dövründә G. tәrәqqi dövrü keçiridi. Şәhәrdә yeni mәhәllәlәr salınmış, әrazisi xeyli genişlәnmişdi (bәzi tәdqiqatçılara görә, G.-dә hәmin dövrdә tәqr. 500 mindәn çox adam yaşayırdı). Nizam әl-Mülk, Zәkәriyyә Qәzvini vә b. orta әsr müәlliflәrinin mәlumatına görә, G.-dә müxtәlif sәnәtkarlıq sahәlәri yüksәk inkişaf etmişdi. G. ipәyi zәrifliyinә vә keyfiyyәtinә görә çox mәşhur idi. “Əcaib әd-dünya” әsәrindә G.-dәn atlaz, zәrlә işlәnmiş ipәk parça (diba), pambıq, qәzz-kәşidә vә ipәk istehsal edilәn, möhkәmlәndirilmiş qalası olan böyük şәhәr kimi bәhs olunur. G. ipәyi (әl-Gәnci) vә pambıq parçaları dünya bazarlarında yüksәk qiymәtlәndirilirdi. Yaqut Hәmәvinin mәlumatına görә, G.-dәn Gürcüstan, İran, Orta Asiya vә s. yerlәrә ipәk parça aparılırdı. G. Hindistan, Qәrbi Avropa ölkәlәri, slavyan xalqları vә b. ilә dә ticarәt әlaqәlәri saxlayırdı. G.-dәn xam ipәk, ipәk vә pambıq parçalar, dulus mәmulatı ixrac olunurdu. İxracatda әkinçilik vә bağçılıq mәhsulları da mühüm yer tuturdu. “Arranın anası” (İbn әl-Əsir) adlandırılan G.-dә yerli mәhsullarla yanaşı, xarici ölkәlәrdәn gәtirilmiş müxtәlif mallar da satılırdı. G.-dә aparılmış arxeoloji qazıntılar nәticәsindә İranın Rey, Kaşan, Sultanabad ş.-lәrindә istehsal olunmuş saxsı qab qalıqları aşkara çıxarılmışdır. G.-dәn Çindә hazırlanmış yüksәk keyfiyyәtli saxsı qablar da tapılmışdır. Bu qablar 12–13 әsrlәrdә Orta Asiya vә İran, yaxud Hind okeanı, İran körfәzi vә Bağdad yolu ilә Azәrb.-a gәtirilmişdir. G.-dә ayrı-ayrı sәnәtkarları birlәşdirәn әxi (bax Əxilik) tәşkilatları var idi. İqtisadiyyatın inkişafı elm vә mәdәniyyәtin dә çiçәklәnmәsinә şәrait yaratdı. Dövrün bir çox görkәmli alim, şair vә müsiqiçisi G.-dә yaşayıb yaratmışdır. Eldәnizlәr dövrü G.-si dünya әdәbiyyatına Əbül-üla Gәncәvi, Mәhsәti Gәncәvi, Nizami Gәncәvi, Qivami Mütәrrizi vә b. simalar bәxş etmişdir.

    Eldәnizlәrin sonuncu hökmdarı Özbәkin dövründә [1210–25] G.-nin hakimi Kuşxәra (K a ş q a r a) idi. 1220 ilin әvvәlindә Cәbә vә Subutayın komandanlığı ilә monqol qoşunu Azәrb.-na soxuldu. İbn әl-Əsirin yazdığına görә, Beylәqandan sonra G.-yә hücum edәn monqollar şәhәr әhalisinin çoxluğunu vә qәtiyyәtini görüb ancaq bac almaqla kifayәtlәndilәr. 1223 ildә Kuşxәra Özbәkin razılığı ilә, Azәrb.-a soxulmuş qıpçaqların G. әtrafında yaşamalarına icazә verdi. 1225 ildә Xarәzmşah Mәhәmmәdin oğlu Cәlalәddin Mәnqburnu Azәrb.-a soxuldu. Özbәk Tәbrizdәn G.-yә, oradan Əlincәqalaya qaçdı. Eldәnizlәrin G.-dәki canişini Cәmalәddin әl-Qumi şәhәri xarәzmşahın sәrkәrdәsi Urxana (Orxan) tәslim etdi. İşğalçılar şәhәr әhalisini amansızcasına istismar edirdi. 1231 ildә G.-dә Bәndәrin başçılığı ilә sәnәtkar vә şәhәr yoxsullarının Cәlalәddinә qarşı üsyanı baş verdi [bax Gәncә üsyanı (1231)].

    1231 ildә monqollar G.-ni mühasirәyә aldılar. Gәncәlilәr şәhәri qәhrәmancasına müdafiә edirdilәr. Lakin 7 günlük mühasirәdәn sonra monqollar şәhәrә daxil olaraq әhalini qılıncdan keçirdilәr vә şәhәri dağıtdılar. Kirakos Gәncәlinin mәlumatına görә, 4 il xaraba qaldıqdan sonra G.-nin bәrpasına (1239 ildәn) icazә verildi. 13 әsrin 40-cı illәrinin başlanğıcında G. yenidәn dirçәlmәyә başladi, zәrbxana bәrpa edildi. Artıq 13 әsrin 50-ci illәrindә Azәrb.-da olmuş V. Rubruk G.-dәn abad vә gözәl şәhәr kimi bәhs etmişdir.

    1259 ildәn G. Hülakular dövlәtinin tәrkibinә daxil oldu. Qazan xan islahatları G.-nin dә inkişafına müәyyәn tәkan verdi. Hәmdullah Qәzvininin mәlumatına görә, Azәrb.-da gözәllik vә әzәmәtinә görә G. ilә müqayisә edilәcәk şәhәr yox idi. 14 әsrin 50-ci illәrindә Hülakuların süqutundan sonra Çobani Mәlik Əşrәf G.-ni tutdu. 1402/03 ildә Teymurun qoşunları G.-dәn keçәrәk Gürcüstana hücum etdi. Teymurun vәfatından (1405) sonra Cәnubi Azәrbaycanı Miranşahın oğlu Ömәr idarә edirdi. Şirvanşah I İbrahim, Ərdәbil hakimi Bestam Cagir, Şәki hakimi Seydi Əhmәd vә Gәncә hakimi Əmir Qaramanlı qüvvәlәrini Teymuri Ömәrә qarşı birlәşdirdilәr. Bunu bilәn Ömәr Kürü keçmәkdәn imtina etdi vә geri qayıtdı. G. 15 әsrin birinci yarısından Qaraqoyunlu dövlәtinin, ikinci yarısından isә Ağqoyunlu dövlәtinin tәrkibinә daxil oldu. Uzun Hәsәnin hakimiyyәti dövründә G.-nin başqa şәhәrlәrlә ticarәt әlaqәlәri genişlәndi. G.-dәn, XV әsrә aid tәbәqәdәn Syuan-Denin (1426–36 illәr) dövründә istehsal edilәn, Çindәn gәtirilmiş saxsı qab nümunәlәri tapılmışdır. Bakuvi qeyd edir ki, G. sakinlәri ipәkqurdunun yetişdirilmәsindә vә ipәyin hazırlanmasında mahir idilәr. 15 әsrdә G. metal emalının әn böyük mәrkәzlәrindәn biri idi. G. 16 әsrdәn Qarabağ bәylәrbәyiliyinin (G ә n c ә  b ә y l ә r b ә y i l i y i) mәrkәzi idi. Sәfәvi hökmdarı I Tәhmasibin dövründә [1524–76] Şahverdi Sultan Ziyadoğlu G.-yә bәylәrbәyi tәyin edildi. Sәfәvilәrin hakimiyyәtinin ilk illәrindә G. nisbәtәn tәrәqqi etdi. 16 әsrin sonlarına yaxın G.-nin tәqr. 225 min әhalisi vardı. Sәfәvi–Osmanlı müharibәlәri dövründә G. döyüş meydanına çevrildi. 1588 ildә Osmanlı sәrkәrdәsi Fәrhad paşanın qoşunu G.-ni tutdu. Döyüşlәr zamanı şәhәr xeyli dağıldı. Fәrhad paşa sultan III Muradın [1573–89] әmri ilә G.-ni yenidәn bәrpa etdirdi vә köhnә qalanın tәqr. 7–8 km-liyindә yeni qala tikdirdi. İstanbul müqavilәsinә (1590) әsasәn G. Osmanlıların hakimiyyәtindә qaldı. 1603 ildә I Abbas (1587–1629) sәrkәrdә Əmirgünәxan Qacarın başçılığı ilә G.-yә qoşun göndәrdi. Əmirgünәxan osmanlıları mәğlub etsә dә, şәhәri tuta bilmәdi. I Şah Abbasın İrәvana hücumu zamanı bәylәrbәyi Hüseyn xan Ziyadoğlu G.-yә hücum etdi. G. hakimi Davud paşa Hüseyn xana ciddi müqavimәt göstәrdi. G.-ni yenә dә almaq mümkün olmadı. I Şah Abbas İrәvanı tutduqdan sonra Allahverdi xanın başçılığı ilә G.-yә 15 minlik qoşun göndәrdi. Davud paşa G. qalasına sığındı. 1606 ildә qızılbaş (bax Qızılbaşlar) qoşunu G.-yә yaxınlaşdı. Şәhәri tәrk etmәk haqqında I Abbasın tәklifini rәdd edәn osmanlılar Novruz bayramı günü әsir alınmış bir neçә qızılbaş әmirini öldürәrәk qala divarından asdılar. Kömәyә gәlәn әlavә qoşun dәstәlәrinin yardımı ilә hücuma keçәn I Abbas G.-ni tuta bildi. G.-nin idarәsi Mәhәmmәd xan Qacara tapşırıldı. Bәzi mәnbәlәrdә G.-nin yeni әraziyә köçürülmәsi I Şah Abbasın adı ilә bağlanılır. Lakin әhali yeni әraziyә I Şah Abbasdan xeyli әvvәl (monqollar şәhәri dağıtdıqdan sonra) köçmәyә başlamışdı. Bәzi mәnbәlәrin verdiyi mәlumata görә, I Abbas yeni şәhәri Abbasabad adlandırdı. Lakin әhali şәhәrin qәdim adını qoruyub saxladı.

    17 әsrdә G. mühüm ticarәt vә sәnәtkarlıq mәrkәzi idi. Oruc bәy Bayatın mәlumatına görә, hәmin dövrdә G.-dә 60 min ev vardı. Kornelis de Brüyn göstәrir ki, G. Şamaxıdan 4 dәfә böyükdür; burada daşdan tikilmiş evlәr, geniş vә yaraşıqlı küçәlәr, gözәl bazarlar vә böyük karvansaralar var.

    Sәfәvilәr dövlәtinin zәiflәmәsindәn çar Rusiyası vә Osmanlı Türkiyәsi istifadә etdi. 1723 ilin yazında Osmanlı qoşunu G.-yә hücum edib şәhәri mühasirәyә aldı, lakin çoxlu itki verәrәk geri çәkildi. 1725 ildә Sarı Mustafa paşanın komandanlığı ilә Osmanlı qoşunu yenidәn G.-yә hücum etdi. Şәhәr güclü müqavimәt göstәrsә dә, tәslim oldu. 1734 ilin oktyabrında Nadir xan G.-dә möhkәmlәnmiş Osmanlı qarnizonunu vә Krım tatarlarının silahlı dәstәlәrini mühasirәyә aldı. Nadir Gәncә çayının bir qolunu qalaya doğru yönәltdi. Su divar vә bürclәri uçursa da, G.-ni tutmaq mümkün olmadı. Lakin hәmin ilin yayında İrәvan vә Tiflisi әlә keçirdikdәn sonra yenidәn G.-yә dönәn Nadir Osmanlı qoşununu mәğlub edib şәhәri tutdu. Gәncә traktatına (1735) әsasәn G. Sәfәvilәr dövlәtinin tәrkibindә qaldı. G.-nin idarәsi yenidәn Ziyadoğluları nәslinә tapşırıldı. Lakin Nadirin hakimiyyәti әlә keçirmәk siyasәtindәn narazı qalan II Uğurlu xan Ziyadoğlu 1736 ildә Muğanda tacqoyma mәrasimindә onun şah elan olunmasına etiraz etdi. Buna görә dә Nadir şah [1736–47] Ziyadoğlularını sıxış- dırmağa vә onların hakimiyyәtini mәhdudlaşdırmağa başladı. G. bәylәrbәyisinin hakimiyyәtindә olan otuzikilәr, cavanşir vә kәbirli tayfaları zorla Xorasana sürgün edildi. Qarabağ mәliklәrinә (Vәrәndә, Çilәbürt, Gülüstan, Dizaq, Xaçın) G. bәylәrbәyinә tabe olmamaq әmrini verdi; Qazax-Şәmşәddil vә Borçalı mahallarının idarәsini Kartli-Kaxeti çarlığına tapşırdı. Ziyadoğluların hәrbi vә iqtisadi qüdrәti zәiflәdi.

    18 әsrin ortalarında Azәrb.-da yaranan müstәqil dövlәtlәrindәn biri dә Gәncә xanlığı idi. Xanlıq öz müstәqilliyini qorumaq üçün bir neçә dәfә Kartli-Kaxeti çarlığı vә Qarabağ xanlığı ilә müharibәlәr aparmağa mәcbur olmuş, şәraitdәn asılı olaraq müәyyәn vaxtda gah bu, gah da digәr tәrәfdәn asılı vәziyyәtә düşmüşdü.

    1796 ildә gen. V. Zubovun başçılığı ilә Rusiya ordusu G.-ni işğal etdi. Çarizmin Cәnubi Qafqazda işğalçılıq planlarının hәyata keçirilmәsindә G.-nin mühüm strateji әhәmiyyәti var idi. Rus qoşunlarının Azәrb.-da, Dәrbәnd istisna olmaqla, heç bir müqavimәt görülmәdәn hәrәkәt etmәsinә Ağa Mәhәmmәd xan Qacar biganә qala bilmәzdi. O öz adamlarını, o cümlәdәn qardaşı oğlu Əsgәr xanı Şәki, Şamaxı vә Gәncә xanlıqlarına göndәrәrәk onların ruslar әleyhinә çıxmasını tәlәb etdi. Ağa Mәhәmmәd xanın sәrbazlarının Azәrb.-da törәtdiklәri vәhşiliklәrin şahidi olan xanlar onun tәbliğatına uymadılar. Gәncәli Cavad xan da Ağa Mәhәmmәd xanın müraciәtini cavabsız qoydu. Lakin II Yekaterinanın ölümündәn sonra, 1797 ildә Rusiya qoşunlarını Azәrb.-dan geri çağırdı. 1803 il noyabrın 20-dә gen. P.D. Sisianovun başçılığı ilә Rusiya qoşunu G.-yә hücum etdi. O, Cavad xandan ildә 20 min çervon mәblәğindә, yәni sonralar Şәki, Qarabağ vә Şirvan xanlıqları üçün müәyyәnlәşdirilmiş mәblәğdәn 3 dәfә çox ödәnc tәlәb etdi. G. yaxınlığındakı Quru qobu adlı yerdә rus qoşunları ilә (gen. S.A.Portnyakinin başçılığı ilә 11 topu olan piyada batalyonu, 3 eskadron vә 2 kazak yüzlüyündәn ibarәt idi) gәncәlilәr arasında ilk vuruşma baş verdi. Cavad xan müqavimәtdәn sonra pozulmuş qoşunları ilә qalaya qayıtdı. Rusların qalanı mühasirәsi bir ay davam etdi. 1804 il yanvarın 3-dә ruslar qalaya hücum etdilәr. Cavad xan vә oğlu Hüseynqulu xan döyüşdә öldürüldü. Gәncә xanlığı lәğv olundu vә dairәyә çevrildi. Sisianovun tәklifi ilә G.-nin adı dәyişdirilib I Aleksandrın arvadının “şәrәfinә” Yelizavetpol adlandırıldı. İkinci Rusiya–İran müharibәsi dövründә Gәncә üsyanı (1826) baş verdi. Şәhәr Abbas Mirzәnin qoşunları tәrәfindәn tutuldu. Lakin müharibәnin sonrakı gedişi (ermәni әsilli gen. Mәdәtovun bilavasitә iştirakı vә rus qoşunlarının böyük qüvvәyә malik olması sәbәbilә) üsyanın mәğlubiyyәti ilә nәticәlәndi.

    19 әsrin 40-cı illәrindәn başlayaraq G. çoxçeşidli xalça istehsal edәn әsas әyalәtlәrdәn idi. Bu xalçalar daxili vә ümumrusiya bazarına çıxarılır, hәtta әcnәbi ölkәlәrә ixrac edilirdi. 19 әsrin 30-cu illәrindә G.-dә 6 misgәr emalatxanası var idi, silah istehsalı vә dabbağlıq, ipәk vә pambıq parçaların boyanması inkişaf etmişdi; 19 әsrin ikinci yarısında bez istehsalı tamamilә aradan çıxmışdı. G.-nin işğalından sonra xan vә ailәsinә mәxsus torpaqlar müsadirә edilmişdi. Xanlıq quruluşu komendant sistemi ilә әvәz olunmuşdu. 19 әsrin әvvәllәrindә G.-nin şәhәr әhalisinin sayı 9 min 164 nәfәr idi. 1820-ci illәrdәn başlayaraq G. ali rütbәli ruhanilәrin yaşadığı mәrkәzә çevrilmişdi. G. vә Şamaxının böyük şәhәrlәr olması ilә әlaqәdar bu şәhәrlәrdә qalabәyindәn, iki xüsusi pristavdan, dörd mәhәllә nәzarәtçisindәn vә 16 polisdәn ibarәt xüsusi şәhәr polisi tәsis edilmişdi. G. 1869 ildәn Yelizavetpol qub.-nın mәrkәzi idi. Bakı–Tiflis d.y.-nun çәkilmәsi (1883) vә depo tikilmәsi şәhәrin iqtisadi hәyatına xeyli tәsir etmişdi. 1887 ildә G.-dә ilk telefon xәtti çәkilmiş, 1910–11 illәrdә Bakı vә Tiflis ş.-lәri ilә telefon әlaqәsi yaradılmışdır. Bankların, bankir evlәrinin, xәzinәlәrin, qarşılıqlı kredit vә şәhәr kredit cәmiyyәtlәrinin cәmlәşdiklәri yerlәrdәn biri dә G. idi. 19 әsrin sonlarında G.-dә şәhәr duması fәaliyyәtә başlamışdı. 19 әsrin sonlarında G.-dә 33,6 min nәfәr yaşamışdı. Gәlmә әhali 28% tәşkil edirdi. 1868 ildә G.-dә kütlәvi kitabxana açılmış, 1899 ildә qadın progimnaziyası yaradılmış vә teatr tamaşaları qoyulmuşdur.

    Rusiyada 1905–07 illәr inqilabı dövründә G. sosial-siyasi zülmә vә müstәmlәkә әsarәtinә qarşı mübarizә mәrkәzlәrindәn birinә çevrilmәyә başladı. Ermәni terrorizminә qarşı kәskin müqavimәt göstәrildi, siyasi tәşkilatlanma sahәsindә mühüm addımlar atıldı. “Qeyrәt”(1905), “Difai” (1906), Müdafiә” (1907) kimi siyasi partiya vә tәşkilatlar fәaliyyәtә başladı. X. Xasmәmmәdov, X. Rәfibәyli, H. Ağayev, N. Yusifbәyli vә digәr görkәmli siyasi xadimlәr yetişdi. 1906 ildә Ə. Rәfibәylinin tәşәbbüsü ilә G.-dә Müsәlman xeyriyyә cәmiyyәti yarandı. Şәhәrdә sosial-demokrat qrupu vә Hümmәt” tәşkilatı da iş aparırdı. Yelizavetpol d.y. fәhlәlәrinin 1905 il martın 19-da başlayan tәtili Cәnubi Qafqazın digәr d.y. st.-larını da bürüdü.

    1910 ildәn Rusiyada baş verәn sәnaye yüksәlişi G.-nin dә iqtisadiyyatına müәyyәn tәsir göstәrdi. Şәhәrdә bir neçә pambıqçılıq z-du, tütün f-ki, 6 bank, çoxlu ticarәt müәssisәsi, sәnәtkarlıq emalatxanası vә s. var idi. Azәrb.-da müәllim kadrları hazırlayan ilk seminariya G.-dә açılmışdı (1914). Fevral inqilabından (1917) sonra G.-dә Yelizavetpol qub. icraiyyә komitәsi tәşkil olundu, şәhәr başçısı X. Xasmәmmәdov onun başçısı seçildi. 1917 ilin martında N. Yusifbәylinin başçılıq etdiyi Türk әdәmi-mәrkәziyyәt partiyası yaradıldı. Gәncә Müsәlman Milli komitәsi işә başladı. Bunula belә G.-dә RSDFP vә ermәni daşnakları möhkәmlәnmәkdә idilәr.

    1918 il mayın 25-dә Qafqaz İslam Ordusu komandanı Nuru paşa G.-dә qәrargahını formalaşdırdı. İyunun 16-da AXC hökumәti Tiflisdәn G.-yә köçdü. G. haqqında 120-dәn çox qәrar qәbul edildi: Gәncә aksiz idarәsi, Əkinçilik vә dövlәt әmlakı idarәsi, Xәzinә palatası, hәrbi mәktәb vә s. yaradıldı, G.-nin keçmiş adı qaytarıldı (1918, 30 iyul). Xüsusu Zaqafqaziya Komitәsi tәrәfindәn lәğv edilmiş (27.4.1917) G. şәhәr polis idarәsi bәrpa olundu. AXC hökumәtinin paytaxtı Bakıya köçdükdәn (17.9.1918) sonra da G. ölkәnin hәyatında mühüm rol oynadı. Mudros barışığına (1918) әsasәn, türk qoşunları Azәrb.-ı tәrk etdikdәn sonra ingilis qoşunları ölkәyә daxil oldu. G.-dә ingilis hәrbi hissәlәri yerlәşdirildi. İngilislәrin tәlәbi ilә Hәrbi nazirlik dә noyabrın 22-dә Bakıdan G.-yә köçürüldü. G.-dә vә onun әtraf r-nlarında müdaxilәçilәrә qarşı Qatır Mәmmәd, Kәrbalayı Əsgәr, Mәşәdi Yolçu vә b.-nın başçılığı ilә kәndli hәrәkatı güclәndi. Milli ordunun formalaşdırılması prosesi G.-dә davam etdirildi, Qarabağda ermәnilәrin Azәrb. xalqına qarşı törәtdiklәri soyqırımılarına qarşı fәal mübarizә tәşkil olundu. G.-dә ermәnilәrin türk-müsәlman әhaliyә qarşı soyqırımıları üzündәn qaçqın düşmüş azәrb.-ların yerlәşdirilmәsindә vә onlara qayğı göstәrilmәsindә mühüm iş görüldü. 1919 ilin әvvәllәrindә G. vә әtrafında 20 mindәn çox qaçqın yerlәşdirilmişdi. Azәrb. Xalq Cümhuriyyәti (AXC) hökumәti G.-nin problemlәrinә xüsusi diqqәt yetirmәkdә davam edir, sosial-siyasi, iqtisadi vә mәdәni hәyatın canlandırılması üçün tәdbirlәr görürdü. Hökumәtin 1 oktyabr tarixli qәrarı ilә G. sәnәt mәktәbi hәrbi mәktәbә çevrilmiş, bunun üçün müvafiq maddi vәsait ayrılmışdı. Şәhәrdә xәstәliklәrlә mübarizә vә sәhiyyәnin tәşkili dә diqqәt mәrkәzindә saxlanırdı. Parlament 1919 il yanvarın 25-dә sәpmә yatalaqla mübarizә üçün G. şәhәr özünüidarәsinә 450 min manat faizsiz borc verilmәsi haqqında qanun qәbul etmişdi. AXC-nin tәdbirlәrinә baxmayaraq, anti-milli qüvvәlәr, xüsusilә ermәni daşnakları vә bolşeviklәr pozuculuq fәaliyyәtlәrini davam etdirirdilәr. 1919 ilin yazında G.-dә F. Əliyev başda olmaqla, Rusiya Kommunist (bolşeviklәr) Partiyası dairә komitәsi yaradıldı. İyulun 13-dә Gәncәdә fәhlә konfransı işә başladı. Qәzada AXC hökumәtinә qarşı kәndli çıxışlarının qızışdırılmasına cәhd göstәrilirdi. Bakıda Sovet hakimiyyәtinin qurulması G.-dә vәziyyәtә ciddi tәsir göstәrdi. Aprelin 28-dә AK(b)P F. Əliyevin sәdrliyilә Quberniya İnqilab Komitәsi yaratdı. O, hakimiyyәtin bolşeviklәrә verilmәsi haqqında G. qubernatoruna ultimatum verdi. Ultimatum qәbul olundu vә ayın 29-da hakimiyyәtin Quberniya İnqilab Komitәsinә verilmәsi haqqında akt imzalandı. Mayın 1-dә 11-ci Qırmızı ordu hissәlәri G.-yә daxil oldu. Lakin az sonra Gәncә üsyanı (1920) baş verdi. Bolşeviklәr G.-dә sovet hakimiyyәtinin möhkәmlәndirilmәsi üçün cәza vә inzibati-siyasi dәyişikliklәr hәyata keçirdi. İyulun 3-dә Gәncәdә Qәza İnqilab Komitәsi yaradıldı.

    1935 ildә Gәncә ş. S.M.Kirovun adı ilә Kirovabad adlandırıldı. Böyük Vәtәn müharibәsi (1941–45) illәrindә G.-dә 12 sәnaye müәssisәsi müharibә ehtiyaclarına uyğun yenidәn quruldu. Müharibәdәn sonrakı illәrdә G.-dә dә qaz yataqları kәşf edildi (1947–48). 1955 ildә Azәrb.-da әlvan metallurgiyanın әn iri müәssisәlәrindәn birinin – G. gil-torpaq z-dunun tikintisinә başlanıldı. 1955 ildә şәhәrdә trolleybus xәtti açıldı. G.-dә yeni aerovağzal (1985), avtomobil z-du (1988) istifadәyә verildi. 1989 il dekabrın 30-da şәhәrin tarixi adı yenidәn özünә qaytarıldı. Qarabağ münaqişәsi zamanı G.-dә dә әrazi özünümüdafiә taborları (1991) vә xüsusu tәyinatlı dәstәlәr yaradıldı. 1993 il iyunun 3-dә G.-dә S. Hüseynovun başçılıq etdiyi qiyam baş verdi. 1996 ildә G. hava limanı bәrpa edilәrәk beynәlxalq status aldı.

    1919 ildә BDU-nun nәzdindә yaranmış Müsәlman Şәrqini öyrәnәn Cәmiyyәt N. Gәncәvinin qәbirüstü abidәsinin tәdqiqini ön plana çәkdi. Azәrb. MİK Böyük Rәyasәt Heyәtinin 1924 il 7 iyun tarixli iclasında Arxeoloji Komitәnin sәdri T. Şahbazinin tәşәbbüsü ilә “Keçmişin abidәlәri haqqında” mәsәlәnin müzakirәsindә Azәrb. MİK SSRİ-nin muzeylәrindә G. vә digәr xanlıqların işğalı zamanı talanaraq aparılmış maddi mәdәniyyәt nümunәlәrinin geri qaytarılması barәdә sәrәncam verilmәsi üçün Zaqafqaziya vә SSRİ Mәrkәzi İcraiyyә Komitәlәri qarşısında mәsәlә qaldırmağı qәrara almışdı. Arxeoloji Komitәyә vә Azәrbaycan Dövlәt Tarix Muzeyinә müttәfiq respublikaların muzeylәrindә yerlәşәn vә Azәrb.-a mәxsus qәdim abidәlәrin siyahısının hazırlanması tapşırılmışdı. Azәrbaycanın orta әsr arxeoloji abidәlәrinin tәdqiqata cәlb olunması baxımından 1926–28 illәrdә Azәrbaycanı Tәdqiq vә Tәtәbbö Cәmiyyәti1935–37 illәrdә isә Nizami ad. Kirovabad Ölkәşünaslıq Muzeyi qәdim G. şәhәr yerindә kәşfiyyat xarakterli axtarışlar aparmışdı. Muzeyin fondlarını arxeoloji materiallarla zәnginlәşdirmәk mәqsәdilә Gәncә ş. xarabalıqlarının sağ sahil hissәsindә, memarlıq abidәlәrinin salamat qaldığı әrazidә mәhdud, hәm dә sistemsiz qazıntılar apararaq oradan әldә olunan arxeoloji materialları muzeyin fondlarında yerlәşdirmişdir. 1938–40-cı illәrdә G.-dә aparılan arxeoloji qazıntılar (rәhbәri İ. Cәfәrzadә) nәticәsindә orta әsrlәrә aid çoxlu saxsı vә şüşә qab, daş isgәnә, dolça, kasa, nimçә, su kәmәri vә divar qalıqları, şamdanlar, mis sikkәlәr, muncuqlar, boyunbağılar, bilәrziklәr, mis vә tuncdan piyalә, bıçaq tiyәlәri, qaşıq, maşa, çoxlu şirli çini qab nümunәlәri vә s. aşkar edilmişdir. 1961 ildә Azәrb. SSR EA Tarix İn-tunun әmәkdaşları G. d.y. st.-ndan 2 km q.-dә 1 ha-dan artıq sahәdә 2,8–3 m dәrinlikdә tәqr. 0,5 m qalınlığında mәdәni tәbәqә aşkar etmişdilәr. Tapılmış saxsı qablar Yaloylutәpә vә küp qәbirlәri mәdәniyyәti abidәlәrinә yaxındır. 1975 ildәn G.-dә arxeoloji bazalar tәşkil edildi. Orta әsr Gәncә şәhәrciyindә arxeoloji işlәr 1981 ildә davam etdirilmişdir. Bununla da şәhәrin vә әtrafının planlı surәtdә öyrәnilmәsinә başlanmışdır. Qazıntılar nәticәsindә dini tәyinatlı bina, yaşayış evlәrinin qalıqları, döşәmәaltı qızdırıcı sistemә malik tikili, bitki yağı istehsal edәn emalatxana, çaydaşı ilә döşәnmiş küçә, kәhriz xәttinin qalıqları üzә çıxarılmışdır. Son illәrin arxeoloji qazıntıları zamanı Gәncәçayın sol sahilindәki әrazinin c.-ş.-indә 10 әsrә aid bir neçә km davam edәn kәhrizin qalıqları aşkarlanmışdır. Şәhәrciyin şm.-q. sektorunda bitki yağı alınması ilә bağlı xüsusi istehsalat kompleksi dә üzә çıxarılmışdır. Orta әsr G. şәhәrinin qala divarları möhrә, çiy kәrpic vә çaydaşı ilә bişmiş kәrpicin dәyişәn cәrgәlәrindәn ibarәtdir. G.-nin tәkcә qala divarlarının içәrisindәki sahәsi 250 ha idi. Qala xәndәyinin eni 8–9 m, dәrinliyi isә 3– 4 m idi. Daş vә kәrpic hörgülәrdә kirәcdәn geniş istifadә olunmuşdur. Hazırda da AMEA Arxeologiya vә Etnoqrafiya İn-tunun arxeoloji dәstәsi G.-dә qazıntılar aparır.

    Tәsәrrüfat. Ölkәnin әn iri sәnaye mәr- kәzlәrindәn biridir. İqtisadi fәal әhalinin ümumi sayı tәqr.44 min nәfәrdir, o cümlәdәn sәnayedә 4,8 min, tikintidә 0,3 min, dövlәt idarәetmә vә müdafiә, icbari sosial tәminatda 2,3 min, tәhsil, sәhiyyә vә digәr sahәlәrdә 36,7 min nәfәr çalışır (2016). Mәhsul vә xidmәtlәr istehsalının hәcmi 954,8 mln. manatdır, onun 380,4 mln. manatı sәnayedә (ümumi mәhsulun 39,8%-i), 262,6 mln. manatı ticarәt vә xidmәt sferasında (27,5%-i), 254,1 mln. manatı tikintidә (26,6%-i), 55,0 mln. manatı nәql. (5,8%-i), 2,7 mln. manatı k.t.-nda (0,3%-i) yaranmışdır (2016).

    Gәncә Avtomobil Zavodu İB-da istehsal olinan “MAZ 551605” yük avtomobili (solda) vә “Belarus MTZ-1025” traktoru (sağda).

    Şәhәr әrazisindә ümumilikdә 83 kiçik, orta vә iri sәnaye müәssisәsi fәaliyyәt göstәrir (2016). 2003–16-cı illәrdә şәhәrdә 41,843 daimi iş yeri açılmışdır. Bölgәdә zәngin filiz vә qeyri-filiz yataqlarının olması әlvan metallurgiyanın inkişafına zәmin yaratmışdır. Şәhәrdә elektronika, cihazqayırma, alüminium istehsalı z-du, avtomobil istehsalı vә maşınqayırma sәnayesi komplekslәri fәaliyyәt göstәrir. Qәdim “İpәk yolu”nun üzәrindә yerlәşәn G.ş-ndә Şәrq әnәnәlәrini özündә әks etdirәn xalçaçılıq, toxuculuq, tikiş vә yüngül sәnayenin digәr sahәlәri inkişaf etmişdir. Region әhalisinin әsas mәşğuliyyәti k.t. olduğundan k.t. mәhsullarının emalı sahәlәri (qәnnadı f-ki, şokolad z-du, un dәyirmanları, şәrab z-du, şirә istehsalı sexlәri) mühüm yer tutur.

    İşçilәrin sayına vә әrazisinә görә әn iri müәssisәlәr: “Det-Al Alüminium” MMC, “Gәncә Avtomobil z-du” İB, “Gәncә Şәrab-2” ASC-dir, hәmçinin әlvan metallurgiya sәnayesi – “Gәncә Əlvan Metal emalı” ASC, “Gәncә cihazqayırma” z-du, “Asmet LTD”, tikinti sәnayesi – Süni mәrmәr vә qranit z-du, kәrpic z-du, “Tәk Yapı” MMC, “Qarlı dağ” MMC, yüngül sәnaye – Gәncә Tekstil” ASC, “Sem San” şirkәti, “Sempa” QSC, yeyinti sәnayesindә – “NEON” firması, “Gәncә Dәyirman Fatoğlu” MMC, “Halal qida” MMC, “ABBA” MMC, “İVAREA-Q” MMC, “Elba” MMC, “Bursa” İKF, “Gәncә qәnnadı” ATSC vә s. fәaliyyәt göstәrir.

    Memarlıq. Şәddadilәrin hakimiyyәti dövründә (10–11 әsrlәr) G.-nin әtrafına qala divarları çәkildi. Eldәnizlәrin hakimiyyәti zamanı G. Arranın paytaxtına çevrildi, şәhәrdә tikinti işlәri daha da genişlәndi. 1139 il zәlzәlәsi böyük dağıntılara sәbәb olsa da, 12 әsrdә şәhәr memarlıq cәhәtdәn inkişaf edirdi. Gәncә çayı ilә iki hissәyә ayrılan şәhәr iki sıra qala divarları ilә әhatәlәnmiş, xarici divarın әtrafında 8 m enindә xәndәk qazılmışdı. Çayın üzәrindәki 3 körpü şәhәri birlәşdirirdi (bax Gәncә körpülәri). Sağ sahildә içqala yerlәşirdi. Bu dövrdә G.-dә saraylar (“Dar üs-Sәltәnә” vә s.), mәscid, mәdrәsә, hamam vә karvansaralar tikilmiş, şәhәrә saxsı borularla su kәmәri çәkilmiş, kәhriz sistemi yaradılmışdı. Memarlıqda yerli tikinti materiallarından (mәrmәrә bәnzәyәn daşdan tavalar, kaşılı kәrpic vә s.) istifadә olunur, “Gәncә hörgüsü” adlanan hörgüdәn istifadә edilirdi. Yonulmuş çay daşı ilә bişmiş kәrpicin әmәlә gәtirdiyi müxtәlif şәkilli belә qarışıq hörgü, ümumiyyәtlә, Arran memarlıq mәktәbi üçün sәciyyәvi olmuşdur. 6–7 әsrlәrә aid Alban mәbәdi (17 әsrdә bәrpa edilmişdir) şәhәrin mәlum olan әn qәdim tikilisidir. Gәncә çayının sağ sahilindә, Qәdim G. hasarının 1 km-dә yerlәşәn 7–8 әsrlәrdә tikilmiş Comәrd Qәssab türbәsi 20 әsrin 70-ci illәrindә dağıdılmış, 2004 ildә ilkin görkәminә uyğun şәkildә hәmin yerdә bәrpa olunmuşdur. 14–15 әsrlәrә aid tikililәrdәn yalnız “İmamzadә” kompleksi (bax İmamzadә türbәsidövrümüzәdәk qalmışdır. 17 әsrin әvvәllәrindә şәhәr tәqr. 6 km aralıda olan indiki әraziyә köçürülmüşdür. Burada yeni içqala, qaladan kәnardakı meydanda mәscid, mәdrәsә vә ticarәt kompleksi tikilmiş, meydanın әtrafında çinar ağacları әkilmişdir. 17 әsr tikililәrindәn Gәncә Cümә mәscidi (1606, memar şeyx Bәhaәddin), karvansara, qala divarının qalıqları, kilsә, hamam (“Çökәk hamam”) vә s. mühafizә olunmuşdur. 17– 18 әsrlәrdә G.-nin yaşayış binaları, әsasәn, “günbәzli ev” tipindә olmuşdur. Şәhәr 19 әsrin ortalarına qәdәr әvvәlki plan quruluşunu saxlamış, qub. mәrkәzinә çevrildikdәn (1868) sonra tәrtib edilmiş baş plana (1873) әsasәn yenidәn qurulmuşdur. Bu zaman şәhәrin içqalası sökülmüş, yeni küçәlәr salınmış, inzibati binalar, mәhәllә mәscidlәri (Qızıl Hacılı mәscidi, Ozan mәscidi, Bala Bağban mәscidi, Qazaxlar mәscidi, Şahsevәn mәscidi vә s.) tikilmişdir. 19 әsrә aid abidәlәr içәrisindә “Sәbizkar” qәbiristanında vә şәhәrin başqa yerlәrindә tikilmiş türbәlәr diqqәtәlayiqdir. 1883 ildә Bakı–Tiflis d.y.-nun istifadәyә verilmәsi ilә әlaqәdar şәhәr d.y. st.-na doğru genişlәnmәyә başlamışdır.

     Gәncә İmamzadә kompleksi. 14–15 әsrlәr.

    Azәrb.-da sovet hakimiyyәti qurulduqdan (1920) sonra şәhәrdә bir sıra yeni sәnaye müәssisәlәri, mәktәblәr, kinoteatrlar, klub vә mehmanxanalar tikilmiş, Gәncә çayının üzәrindәn körpülәr salınmışdır. 1939 ildә şәhәrin baş planı tәrtib edilmiş, müasir G. ş.-nin tәqr. yeddi km-liyindә Nizami Gәncәvinin dağılmış qәdim türbәsinin yerindә mәqbәrә tikilmiş (1947; 1991 ildә yenidәn qurulmuşdur), şәhәrin mәrkәzindә şairin monumental heykәli qoyulmuşdur (tunc, qranit, 1946, heykәltәraş F.Əbdürrәhmanov; SSRİ Dövlәt mükafatı, 1947). Şәhәrdә “Nizami” Tәsviri Sәnәt Qalereyası, Nizami Dövrü vә Yaradıcılığı Muzeyi, Nizami Poeziya Teatrı açılmışdır.

    G.-nin ictimai mәrkәzi 1960-cı illәrdә formalaşmışdır. Şәhәrin tarixi ansamblına uyğun salınmış mәrkәzi meydanın әtrafında ictimai binalar (o cümlәdәn inzibati bina, 1960, memarlar Ə.İsmayılov, F.Leontyeva) tikilmişdir. 1970 ildә G.-nin yeni baş planı tәsdiq edilmişdir. G.-nin müasir tikililәrindәn 1940–80 illәrdә bir sıra ictimai binalar [pedaqoji in-tun binası (1940, memarlar S.Dadaşov, M.Hüseynov), “Gәncә” univermağı (1967), genişekranlı “Bakı” kinoteatrı (1977, memar T.Babayev), “Kәpәz” mehmanxanası (1980, memar M.Hüseynov) vә s.] tikilmiş, abidәlәr [bәstәkar Q.Hüseynlinin qәbirüstü abidәsi (qranit, 1964), “Qatır Mәmmәd” (tunc, qranit, 1974), “Azәrbaycanlı qız” (alüminium, 1978) heykәllәri, Böyük Vәtәn müharibәsindә hәlak olmuş hәmyerlilәrә abidә (beton, 1975; hamısı heykәltәraş Q.Sücәddinovundur), Sovet İttifaqı Qәhrәmanı İsrafil Mәmmәdovun qәbirüstü abidәsi (qalvanika, mәrmәr, qranit, 1975)] qoyulmuşdur. G.-dә yaşıllıq vә abadlıq sahәsindә mühüm işlәr görülmüş, sәnaye üsulu ilә kütlәvi yaşayış binaları tikilmiş, yeni mikrorayonlar salınmışdır. 20 әsrin 70-ci illәrinin sonlarından G.-nin qәdim abidәlәrinin bәrpası vә onlardan yeni mәqsәdlә istifadә edilmәsi, elәcә dә yeni yaşayış rayonlarının salınması sahәsindә bir sıra işlәr görülmüşdür: şәhәrin “Quru Qobu” adlanan hissәsindә “Yeni Gәncә” yaşayış massivi salınmış, burada 350 ha sahәni әhatә edәn Xatirә parkı yaradılmış, Gәnclik sarayı tikilmiş (1980), Qızıl Hacılı, Ozan, Bala Bağban, Zәrrabı mәscidlәri, karvansara vә s. abidәlәr bәrpa edilmiş, “Şәrәfxanlı” memarlıq kompleksindә “El nәğmәlәri teatrı” açılmışdır. 17 әsrdә tikilmiş karvansarada “Mәhsәti Gәncәvi”, “Memar Bәhaәddin”, “Orta әsr Azәrbaycan miniatürlәri” muzeylәri, açıq havada “Azәrbaycanın daş abidәlәri” sәrgisi yaradılmışdır. Şәhәrdә N.Nәrimanov (1979), Mәhsәti (1980) vә Mirzә Şәfi Vazehә (1980) abidә qoyulmuşdur. Şәhәrdә bir çox böyük (Göygöl Milli Parkı, Xan bağı, Heydәr Əliyev parkı, Qәlәbә parkı, Dәmiryolçular parkı, Füzuli parkı, İstiqlal parkı vә s.) vә kiçik parklar var.

     Gәncә. Nizami mәqbәrәsi.

    Azәrb. Resp. müstәqilliyini bәrpa etdikdәn sonra G.-dә geniş bәrpa işlәri aparılmış, yeni yaşayış evlәri, mәdәniyyәt obyektlәri tikilmişdir. Nizaminin türbә kompleksi yenidәn qurulmuş vә әsaslı surәtdә tәmir işlәri aparılmışdır (2012). Mәqbәrәnin qarşısından keçәn yolun hәr iki tәrәfindәki istinad divarları milli ornamentlәrlә bәzәdilmişdir. G.-nin tarixi mәkanlarından hesab olunan Cavad xan küçәsinin yenidәn qurulması ilә әlaqәdar orada müasirliyi vә milli adәt-әnәnәlәri әks etdirәn kompozisiyalar yaradılmış, Cavad xanın mәzarı üzәrindә inşa edilәn türbәnin әtrafı abadlaşdırılmışdır. Cümә mәscidi vә “Çökәk hamam” tarixi-memarlıq abidәlәri (17 әsr) әsaslı surәtdә bәrpa olunmuş, “Novruz” meydanı yenidәn qurulmuşdur.

    Son dövrdә şәhәrdә hәyata keçirilәn mühüm layihәlәrdәn biri dә Gәncә çayının sağ sahilindә inşa olunan Bayraq (hünd. 110 m) meydanıdır. Klassik memarlıq üslubunda inşa olunmuş Mәhsәti Gәncәvi Mәrkәzinin binası şәhәrin yeni tikililәrindәndir. Binanın qarşısındakı bağ vә şairәnin heykәli ümumi ansamblı tamamlayır.

    2014 ildә şәhәrdә Heydәr Əliyev Mәrkәzinin vә onun әtrafındıkı park kompleksinin (sah. 450 ha) açılışı olmuşdur. G.-nin müasir tikililәrindәn olan Qala Qapıları – Arxeologiya vә Etnoqrafiya Muzey Abidә Kompleksi tarixi әnәnәlәrә uyğun inşa edilmişdir. Orijinal quruluşa malik “Xәmsә” Daş Kitabәlәr Kompleksi (hünd. 25 m, eni 12 m olan kitabәlәr) möhtәşәmliyi ilә fәrqlәnir. Şәhәr 2016 ildә Avropa Gәnclәr Paytaxtı seçilmişdir. Bu münasibәtlә “Gәncә – 2016 Avropa Gәnclәr paytaxtı” parkı salınmış vә parkın mәrkәzindә “Gәncliyin qanadları” abidәsi ucaldılmışdır.

    Şәhәrdә 42 mәktәbәqәdәr tәhsil müәssisәsi, 44-ü tam orta, 1-i ümumi orta, 1-i xüsusi vә 3-ü gimnaziya olmaqla 49 ümumtәhsil mәktәbi, uşaq-gәnclәr inkişaf mәrkәzi, 2 uşaq-gәnclәr idman-şahmat mәktәbi, 5 uşaq musiqi mәktәbi, incәsәnәt vә rәssamlıq mәktәblәri var (2017–18). Şәhәrdә 3 ali tәhsil müәssisәsi – Azәrbaycan Dövlәt Aqrar Un-ti, Gәncә Dövlәt Un-ti, Azәrbaycan Texnologiya Un-ti, hәmçinin elmi tәdqiqat in-tları – AMEA-nın Gәncә Bölmәsi (nәzdindә Humanitar Tәdqiqatlar İn-tu, Diyarşünaslıq İn-tu, Nizami Gәncәvi Mәrkәzi, Bioresurslar İn-tu, Nәbatat bağı, Ekologiya vә Tәbii Ehtiyatlar İn-tu, Aqrar Problemlәr İn-tu), Bitki Mühafizә vә Texniki Bitkilәr ETİ, Azәrbaycan Elmi Tәdqiqat Heyvandarlıq İn-tu, Azәrbaycan Elmi Tәdqiqat Aqro- mexanika İn-tu, Azәrbaycan Elmi Tәdqiqat İpәkçilik İn-tu fәaliyyәt göstәrir.

    20 әsrin ortalarından G.-dәki bütün mәdәniyyәt müәssisәlәrini birlәşdirәn Gәncә şәhәr Mәdәniyyәt İdarәsi 2006 ildәn Gәncә şәhәr Mәdәniyyәt vә Turizm İdarәsi adlandırılmış, 2016 ildәn isә Gәncә vә Naftalan şәhәr, Samux, Goranboy, Kәlbәcәr vә Xocalı rayon mәdәniyyәt vә turizm idarә vә şöbәlәrinin bazasında Gәncә Regional Mәdәniyyәt vә Turizm İdarәsi yaradılmışdır (Mәrkәzi icra orqanında baş verәn dәyişikliklә әlaqәdar hazırda bu qurum Gәncә Regional Mәdәniyyәt İdarәsi kimi fәaliyyәt göstәrir). Şәhәrdә Mәrkәzi kitabxana sistemi (9 şöbәsi, uşaq kitabxanası vә 23 kitabxana filialı), Mәrkәzi mәdәniyyәt evi (3 mәdәniyyәt evi, 2 klub); 10 muzey – N.Gәncәvi ad. Gәncә Dövlәt Tarix-diyarşünaslıq muzeyi, Heydәr Əliyev mәrkәzi, M.C.Paşayev ev-muzeyi, N.Gәncәvi muzeyi, İ.Mәmmәdov Xatirә ev-muzeyi, M.Ş.Vazeh muzeyi, M.Gәncәvi mәrkәzi, Gәncә Qala Qapıları – Arxeologiya vә etnoqrafiya muzeyi, Miniatür kitab muzeyi, Qәdim dini kitablar muzeyi; Gәncә Dövlәt Dram vә Gәncә Dövlәt Kukla teatrları, Filarmoniya, Rәsm qalereyası, Tarix-Mәdәniyyәt qoruğu, Tarixi abidәlәrin mühafizәsi şöbәsi, Nizami mәqbәrәsi, Gәncә Turizm İnformasiya mәrkәzi, Urbanizasiya mәrkәzi vә s. var.

     Gәncә Dövlәt Filarmoniyası.

    1920 illәrdә G.-dә bir sıra idman cәmiyyәtlәri, o cümlәdәn “Soko”, “Unites”, “Spartak”, “İskra”, “Medik”, “Burevestnik” “Mәhsul”, “Ehtiyat Əmәk Qüvvәlәri”, “Lokomotiv” vә s. açılmışdır. 1929 ildә DİN Gәncә Şәhәr İdman Cәmiyyәti fәaliyyәtә başlamışdır. Azәrb.-nın sәrbәst gülәş üzrә ilk dünya çempionu A.İbrahimov G. gülәş mәktәbinin yetirmәsidir. 1947 ildә G.-dә Bәdәn tәrbiyәsi texnikumu yaradılmışdır. 1962 ildә G. şәhәr mәrkәzi stadionu (20 min yerlik), 2002 ildә Gәncә Olimpiya İdman Kompleksi inşa edilmişdir.

    Sәhiyyә. Gәncә şәhәrindә 1405 çarpayılıq 13 xәstәxana müәssisәsi 2 dispanser. (narkoboloji vә psixonevroloji, gigiyena vә epidemiologiya mәrkәzi, 878 hәkim (o cümlәdәn 42 stomatoloq), 1799 orta tibb işçisi (o cümlәdәn 78 mama vә 3 diş hәkimi) var (2017). 

    Gəncə şəhərində 42 məktəbəqədər təhsil müəssisəsi, 44-ü tam orta, 1-i ümumi orta, 1-i xüsusi və 3-ü gimnaziya olmaqla 49 ümumtəhsil məktəbi, uşaq-gənclər inkişaf mərkəzi, 2 uşaq-gənclər idman-şahmat məktəbi, 5 uşaq musiqi məktəbi, incəsənət və rəssamlıq məktəbləri var (2017/18). Şəhərdə 3 ali təhsil müəssisəsi - Azərbaycan Dövlət Aqrar Un-ti, Gəncə Dövlət Un-ti, Azərbaycan Texnologiya Un-ti, h elmi-tədqiqat in-tları - АМЕА-nın Gəncə Bölməsi (nəzdində Humanitar Tədqiqatlar İn-tu, Diyarşünaslıq İn-tu, Nizami Gəncəvi Mərkəzi, Bioresurslar İn-tu, Nəbatat bağı, Ekologiya və Təbii Ehtiyatlar in-tu, Aqrar Problemlər İn-tu), Bitki Mühafizə və Texniki Bitkilər ETİ, Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İn-tu, Azərbaycan Elmi Tədqiqat Aqromexanika İn-tu, Azərbaycan Elmi Tədqiqat İpəkçilik İn-tu fəaliyyət göstərir.

    20 əsrin ortalarından Gəncədəki bütün mədəniyyət müəssisələrini özündə birləşdirən Gəncə şəhər Mədəniyyət İdarəsi 2006 ildən Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi adlandırılmış, 2016 ildən isə Gəncə və Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır. Şəhərdə Mərkəzi kitabxana sisitemi (9 şöbəsi, uşaq kitabxanası və 23 kitabxana filialı), Mərkəzi mədəniyyət evi (3 mədəniyyət evi, 2 klub); 10 muzey - N.Gəncəvi ad. Gəncə Dövlət Tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev mərkəzi, M.C.Paşayev ev-muzeyi, N.Gəncəvi muzeyi, İ.Məmmədov Xatirə ev-muzeyi, M.Ş.Vazeh muzeyi, M.Gəncəvi mərkəzi, Gəncə Qala Qapıları - Arxeologiya və etnoqrafiya muzeyi, Miniatür kitab muzeyi, Qədim dini kitablar muzeyi; Gəncə Dövlət Dram və Gəncə Dövlət Kukla teatrları, Filarmoniya, Rəsm qalereyası, Tarix-Mədəniyyət qoruğu, Tarixi abidələrin mühafizəsi şöbəsi, Nizami məqbərəsi, Gəncə Turizm İnformasiya mərkəzi, Urbanizasiya mərkəzi və s. var.

    1920 illərdə G.-də bir sıra idman cəmiyyətləri, o cümlədən “Soko”, “Uni­tes”, “Spartak”, “İskra”, «Medik», “Burevestnik” “Məhsul”, “Ehtiyat Əmək Qüvvələri”, “Lokomotiv” və s. açılmışdır. 1929 ildə DİN Gəncə Şəhər İdman Cəmiyyəti fəaliyyətə başlamışdır. Azərb.-nın sərbəst güləş üzrə ilk dünya çempionu Aydın İbrahimov G. güləş məktəbinin yetirməsi olmuşdur. 1947 ildə G.-də Bədən tərbiyəsi texnikumu yaradılmışdır. 1962 ildə G. şəhər mərkəzi stadionu (20 min yerlik), 2002 ildə Gəncə Olimpiya İdman Kompleksi inşa edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN