GƏNCƏ DARVAZASI – orta әsrlәrә aid Azәrb. bәdii sәnәtkarlıq nümunәsi. 1063 ildә (Şәddadi hökmdarı Əbülәsvar Şavurun [1049–66/67] әmri ilә) azәrb. usta İbrahim Osman oğlu tәrәfindәn hazırlanmışdır. Gәncә qalası, yaxud içqala üçün düzәldilmiş dәmir darvazanın üzәri (döymә üsulu ilә) naxış vә ornamentlәrlә bәzәdilmişdir. 1139 ildә gürcü çarı I Demetri [1125–54] zәlzәlә nәticәsindә dağılmış Gәncәyә hücum etmiş, darvazanı hәrbi qәnimәt kimi Gürcüstana aparmışdır. 18 әsrdә Gelati monastırı tәmir olunarkәn orada saxlanılan darvazanın bir tayı dam örtüyündә istifadә edilmişdir. Digәr tayı Gelati monastırının cәnub hasarına (IV Davidin qәbri qaşısındakı divara) bәrkidilmişdir (hazırda hәmin monastırdadır).