GƏNCƏ DÖVLƏT DRAM TEATRI – Gәncәdә ilk teatr tamaşası 21 oktyabr 1895 ildә hәvәskar teatr truppaları tәrәfindәn göstәrilmişdir. İlk olaraq M.F.Axundzadә vә N.Vәzirovun pyeslәri oynanılmışdır. 1906 ildә yaradılmış “Gәncә Müsәlman Dram Mәclisi”nin teatr sәnәtinin inkişa- fında önәmli rolu olmuşdur. Ə.Haqverdiyevin 1910 ildә yerli hәvәskarlardan tәşkil etdiyi teatr truppasının repertuarında “Ağa Mәhәmmәd şah Qacar”, “Dağılan tifaq” (Ə.Haqverdiyev), “Əl-Mәnsur” (H.Heyne), “Nadanlıq” (N.Nәrimanov), “Vәtәn” (Namiq Kamal) vә s. әsәrlәr olmuşdur. 1915 ildә Gәncәdә yaradılan qız mәktәbi tәlәbәlәrinin dram truppası ilk dәfә 1916 ildә M.C.Əmirovun “Seyfәlmülk” operasını tamaşaya qoymuşdur. 1920-ci illәrdәn H.Ərәblinski ad. hәmkarlar klubunun dram dәrnәyi fәaliyyәt göstәrmişdir.Gәncәdә professional teatr sәnәtinin yaranması vә inkişafı Bakı Türk İşçi Teatrının 1932 ildә buraya köçürülmәsi ilә bağlıdır. Teatr Gәncәyә köçdükdәn sonra A.M. Şәrifzadә, A.Gәraybәyli, F.Qәdri, İ.Talıblı, Ə.Salahlı, İ.Əfәndiyev, A.Rzayev kimi peşәkar sәnәtkarlar yaradıcı fәaliyyәtlәrini burada davam etdirmişlәr.
1933–41 illәrdә G.d.d.t.-nda “Almaz” (C.Cabbarlı), “Hәyat” (M.İbrahimov), “Vaqif”, “Xanlar” (S.Vurğun), “Qaçaq Nәbi” (S.Rüstәm), “Toy” (S.Rәhman), “Qaçaqlar” (F.Şiller) kimi orijinal quruluşlu tamaşalar göstәrilmişdir. Teatrın yaradıcılıq istiqamәtinin müәyyәnlәşmәsindә aktyorlardan Ə.Yusifzadә, S.Orlinskaya, M.Cәfәrov, Mәxfurә xanım (M.Yermakova), S.Tağızadә, R.Veysәlova, Ə.Abbasov, M.Bürcәliyev, M.Şeyxzamanov, M.Avşarov, S.Hәsәnzadә, Ə.Salahlı, Ə.Qafarlı, K.Sultanov, M.Sәrkarov, rej.-lardan Ə.Seyfi, H.İsmayılov, İ.Əfәndiyev, A.Ə.Dadaşov, sonralar H.Ağayev, N.Sadıqzadә, Y.Bağırov vә b.-nın xidmәti olmuşdur. Teatrda bir müddәt SSRİ xalq artistlәri Ə.Əlәkbәrov, M.Mәmmәdov, Azәrb. Resp. xalq artistlәri K.Ziya, A.Gәraybәyli, Ə.Sultanov, B.Şәkinskaya vә b. çalışmışlar.
1941–45 illәr müharibәsi dövründә G.d.d.t.-nda vәtәnpәrvәrlik ruhu ilә aşılanmış әsәrlәrә geniş yer verilmişdi: “Aslan yatağı” (M.H.Tәhmasib), “İntizar” (M.Hüseyn vә İ. Əfәndiyev), “Bizim şәhәrli oğlan” (K.Simonov), “Od gәlini” (C.Cabbarlı) vә s. Bu illәrdә rej. M. Mәmmәdovun hazırladığı “Madrid” (M. İbrahimov), “İntiqam” (Z.Xәlil), “Nә yardan doyur, nә әldәn qoyur” (Lope de Veqa) tamaşaları orijinallığı, bitkinliyi ilә fәrqlәnmiş, rej. H. Ağayevin “Müfәttiş” (N. Qoqol) tamaşası Ümumittifaq teatr müsabiqәsindә mükafata layiq görülmüşdü. 50–60-cı illәrdә G.d.d.t.-nda “Ölülәr” (C. Mәmmәdquluzadә), “Kәllә” (N. Hikmәt), “Böyük ürәk” (İ.Qasımov vә H.Seyidbәyli), “Xәyanәt” (“Ögey qardaşlar”; H. Bicari, Q.Cәmşidi), “Fәrhad vә Şirin” (S.Vurğun), “Çiçәkli dağ”, “Bahar” (M.H.Tәhmasib), “Tülkü vә üzüm” (G.Figeyredu), “Hәmyerlilәr”, “Kişilәr” (A.Mәmmәdov), “Komsomol poeması” (S. Vurğunun eyniadlı poeması üzrә) vә s. әsәrlәr oynanılmış, sәhnәyә gәnc aktyor nәsli (M.Cәfәrova, A.Mәmmәdov, R.Tağıyeva vә b.) gәlmişdi. 70-ci illәrdә teatrda “Medeya” (Evripid), “Buraya gәlin” (Ə.Nesin), “Aydın”, “Yaşar” (C.Cabbarlı), “Hәmişә tәmizlikdә” (E.Ryazanov vә E.Braginski), “Aygül diyarı” (M. Kәrim), “Antiqona” (Sofokl), “Quduz pullar” (A.Ostrovski) kimi әsәrlәr, 80-ci illәrdә isә “İtkin gәlin” (Ə.Hacızadә), “72-ci kamera” (O.Kamal), “Cavan qadına yaraşan kişi” (M. İbrahimbәyov), “Astana” (A.Dudarev), “Mәhәbbәt vә xәyanәt” (K.Topalov) kimi әsәrlәr tamaşaya qoyulmuşdu. 1983 ildә “Odu atma, Prometey” (M.Kәrim) tamaşasına görә teatr SSRİ xalqları dramaturgiyası ümumittifaq festivalının 1-ci dәrәcәli diplomuna layiq görülmüşdü. Müxtәlif illәrdә G.d.d.t.- ndә Azәrb. Resp. xalq artistlәrindәn Z.Baratzadә, Z.Əliyeva, әmәkdar artistlәrdәn F.Bәdirbәyli, R.Nadirov vә b. çıxış etmişlәr. 1990-cı illәrdә G.d.d.t.-nda Azәrb. Resp.xalq artistlәri Ə.Abbasov, M.Bürcәliyev, R.Veysәlova, S.Mustafayeva, Azәrb. Resp. әmәkdar artistlәri A.Mәmmәdov, Ə.Allahverdiyev, Q.Abbasov, F.Qasımov, T. Əliyev vә b. fәaliyyәt göstәrmişlәr.
2000–16 illәrdә İ Əfәndiyevın “Mahnı dağlarda qaldı”, Ə.Əmirlinin “Varlı qadın”, Mir Cәlalın “Ərik ağacı”, Elçinin “Ölüm hökmü” vә s. әsәrlәr tamaşaya qoyulmuşdur. Teatrın kollektivi son illәrdә bir sıra xarici ölkәlәrdә keçirilәn festivallarda uğurla çıxış etmişdir. Hazırda teatrda aktyorlardan xalq artistlәri P. Qurbanova, A.Mәmmәdov, M.Balayev, әmәkdar artistlәr F.Qasımov, R.Vәliyev, E.Abbasov, N.Cәfәrov, İ.Hüseynov, S.İsmayılov vә b. fәaliyyәt göstәrirlәr. Teatrın baş rej.-u İ.Gözәlovadır.
G.d.d.t. 1932–34 illәrdә Türk İşçi Teatrı, 1934–35 illәrdә Kirovabad Teatrı, 1935–90 illәrdә Kirovabad Dövlәt Dram Teatrı adlanmış, 1990 ildәn indiki adını daşıyır.
Əd.: K ә r i m o v İ., C.Cabbarlı adına Kirovabad Dövlәt Dram Teatrı, B., 1974; M ә m m ә d l i Q., Azәrbaycan teatrının salnamәsi, 1 h. (1850–1920), 2 h. (1920–1930) B., 1975, 1983; M ә m m ә d o v M., Teatr düşüncәlәri, B., 1977; B a ğ ı r o v B., 60 il xalqın xidmәtindә, B., 1981.