GƏNCƏ XALÇA MƏKTƏBİ – Gәncә, Gәdәbәy, Goranboy vә s. yerlәrdә toxunan vә Gәncә xalçaları adlandırılan xalçalar bu mәktәbә aiddir. Bu xalçalar 1 dm2-dә 25×25–40×40 ilmә sıxlığı, qırmızı, göy, sarı rәnglәrin üstünlüyü, hәndәsi motivlәrin çoxluğu ilә sәciyyәlәnir. Onların arasında “Gәncә”, “Köhnә Gәncә”, “Gәdәbәy”, “Çıraqlı”, “Samux”, “Çaylı”, “Şadılı”, “Faxralı” kompozisiyaları seçilir. Xovlu xalçalarla yanaşı, orijinal naxışlı, zәngin koloritә malik xovsuz xalçalar (kilim, cecim, palaz vә s.), mәişәt әşyaları (xurcun, heybә, mәfrәş vә s.) da toxunur. Orta әsrlәrdә, xüsusәn 10–11 әsrlәrdә Gәncәdә toxunmuş ipәk xalçalar böyük şöhrәt qazanmış vә geniş yayılmışdı. Bu mәktәbә mәxsus xalçalar dünyanın bir sıra muzeylәrindә, elәcә dә şәxsi kolleksiyalarda saxlanılır.