Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏNCƏ XANLIĞI

    GƏNCƏ XANLIĞI – 18 әsrin ortalarında yaranmış Azәrb. dövlәti. Şәki, Qarabağ, İrәvan xanlıqları, Qazax-Şәmşәddil sultanlığı vә Gürcüstanla hәmsәrhәd idi. Samux, Kürәkbasan, Gәncә, Şәmkir, Ayrım mahallarına bölünürdü. G.x.-nın ilk xanı Ziyadoğulları nәslindәn olan II Şahverdi xan [1747–60] olmuşdur. Onun hakimiyyәti dövründә qonşu dövlәtlәr (Qarabağ xanları Pәnahәli xan, İbrahimxәlil xan, habelә Kartli vә Kaxeti çarları Teymuraz vә II İrakli) G.x.-na bir neçә dәfә basqın etmişdi. II Şahverdi xan Pәnahәli xandan daha çox çәkindiyi üçün Teymuraz vә II İraklidәn asılılığı qәbul etmişdi. 1750–52 illәrdә Gәncә gürcülәrә xәrac verdi, mәnbәlәrә görә bu mәblәğ 10 min tümәn olmuşdur, üstәlik Gәncә xanı Şәmşәddili dә gürcülәrә güzәştә getmişdir. 1752 ildә Qızılqaya hadisәsindәn sonra Hacı Çәlәbi tәntәnәli surәtdә Gәncәyә daxil olmuş, II Şahverdi xan Ağakişi bәylә birlikdә gürcü çarlarına qarşı vuruşmuş, mәğlub olaraq Gәncәyә dönmüşdür. Gürcü xronikasına әsasәn II Şahverdi xan gürcü çarlarına sülh mәqsәdilә elçi göndәrmiş, onların nümayәndәsi Mouravo Keyxosro xanın yanında olmuşdur. Şimaldan gәlәn tәhlükәni yoluna qoyan Gәncә xanı Mәhәmmәdhәsәn xan Qacarla hәrbi ittifaqa girmiş, bu da öz növbәsindә onun digәr Azәrb. xanları ilә dostluğuna xәlәl gәtirmişdir. G.x.-nın Qacarla ittifaqı 1750-ci illәrin sonunda II Şahverdi xanın Pәnahәli xandan tam asılı olması ilә nәticәlәndi, xan özü ailәsi ilә birlikdә Qarabağda әsir qaldı. Tәqr. 1761 ildә gürcü hakimlәrinin yanına qaçan II Şahverdi xan yenidәn Gәncә xanı oldu. Əslindә onun hakimiyyәtdә qalması xalqın üzәrinә düşәn ağır vergilәr hesabına başa gәldi. Bir tәrfdәn “lәzgi mәsәlәsi”, digәr tәrәfdәn xalqa verilәn zülm II Şahverdi xanın öldürülmәsilә nәticәlәndi (1768). II Şahverdi xanın vәfatından sonra hakimiyyәtә oğlu Mәhәmmәdhәsәn xan [1768– 78] keçdi. Onun hakimiyyәti dövründә Kartli-Kaxetidәn asılılığa son qoyuldu, Gәncә xan nәslinin hakimiyyәti möhkәmlәndi. Qeyd etmәk lazımdır ki, Mәhәmmәdhәsәn xan gürcülәrin әsarәtindәn dәrhal xilas ola bilmәdi. A. Bakıxanovun mәlumatına görә, Əmir Hәmzә Dәrbәnd, Quba, Şirvan, Ərdәbil, Qarabağdan sonra Gәncәyә soxulmuş, Mәhәmmәdhәsәn xan yenidәn Kartli-Kaxeti hakiminә müraciәt etmişdi. 1770 il dekabr ayına aid mәlumatda Gәncә xanının gürcü çarına hәdiyyәlәrdәn başqa 10 min rubl ödәdiyi göstәrilir. 1778 ildә Mәhәmmәdhәsәn xan qardaşı Mәhәmmәd xan tәrәfindәn öldürüldü. O, әvvәlcә bütün qohumlarını hakimiyyәtdәn uzaqlaşdırdı. 1780 ilin әvvәlindә müttәfiqlәrin – II İrakli vә İbrahimxәlil xanın Gәncәyә hücumu zamanı әlә keçirilәn Mәhәmmәd xanın (ailәsi ilә birlikdә әsir alındı) gözlәri çıxarıldı vә o, Şuşa qalasına salındı. İşğalçılar Gәncәyә eyni vaxtda iki hakim – Qarabağ xanlığının nümayәndәsi Hәzrәtqulu bәyi vә Kartli-Kaxeti çarlığının nümayәndәsi Keyxosrov Andronikaşvilini tәyin etdilәr. Belәliklә, 6 il müddәtindә G.x. eyni dәrәcәdә “hәm ona, hәm dә o birinә mәnsub” hesab olundu. Lakin Gәncәdәki bu ikihakimiyyәtlilik uzun çәkmәdi, çünki hәr iki hakimin Gәncәni әlә keçirmәk istәyi güclü idi. II İrakli hәtta xanlığın әhalisinin üstündәn üçillik verginin götürülmәsi haqqında sәrәncam vermişdi. Öz növbәsindә İbrahim xan 1783 ildә Ziyadoğulları nәslindәn Hacı bәyin [1783–85] kömәkliyi ilә üsyanın qaldırılmasına nail oldu, lakin üsyançılar gürcü nümayәndәsi ilә yanaşı, Qarabağ xanlığının nümayәndәsini dә Gәncәdәn qovdular. 1783 ilin sonunda Hacı bәy özü Gәncәni idarә etmәyә başladı. 1784 ilin payızında II İrakli Gәncәyә hücuma keçdi. Bu hәrbi sәfәrdә polkovnik S. Burnaşovun başçılığı ilә rus qoşunları da iştirak edirdi. Hacı bәy İbrahim xanın vәsatәtilә Dağıstanın Cenqutay qumuqlarının başçısı Əli Sultan bәyi (o da Gәncәyә iddialı idi) Gәncәyә dәvәt etdi. Burnaşov Gәncәni tutmaq fikrindәn daşındı vә Tiflisә qayıtdı.

    1785 ilin әvvәlindә Rusiya әleyhinә Azәrb. vә Dağıstan hakimlәrilә Türkiyәnin ittifaqı dağıldıqdan sonra İbrahim xan yenidәn II İrakli ilә birlikdә Gәncәni tutmaq, orada özlәrinin qubernatorlarını tәyin etmәk vә xanlıqdan gәlәn gәliri yarı bölmәk niyyәtindә idi. Gәncәyә bu dәfәki hücumda şәmşәddilli Əli Sultanın qoşunu da iştirak etdi. II İrakli qubalı Fәtәli xanın Gәncәnin gürcülәr tәrәfindәn alınmasına mane ola bilәcәyini bilirdi. Bu mәqsәdlә o, gәncәli mәlik Mirzә Misaili Qarabağ iddialarından әl çәkmәk üçün Fәtәli xanın yanına göndәrdi, lakin Fәtәli xanı fikrindәn döndәrә bilmәdi. Quba xanının planına әsasәn Qarabağ vә G.x.-na eyni vaxtda hücum hazırlanmışdı. Gәncәlilәr tez bir zamanda Kartli-Kaxeti çarlığından azad olmaq ümidindә idilәr. Fәtәli xan Qafqazdakı rus komandanlığından hәrbi әmәliyyatları dayandırmaq, II İraklinin Azәrb.-dakı mülklәrinә qәsd etmәmәk haqqında tapşırıq alsa da, G.x. uğrunda mübarizәdәn әl çәkmәdi. Bir sıra Azәrb. xanı Şuşa qalasında hәbsdә olan Mәhәmmәd xanı yenidәn G.x.-na qaytarmağa çalışırdı. Buna görә dә İbrahimxәlil xan Mәhәmmәd xanı edam etdirdi. Lakin Mәhәmmәd xanla birgә hәbsdә olan qardaşı Rәhim xan [1785–86] Şuşa qalasından Gәncәyә qaçıb hakimiyyәti әlә keçirmәyә müvәffәq oldu. Lәzgilәrin Gürcüstanın sәrhәd rayonlarına artmaqda olan hücumlarından ehtiyat edәn II İrakli Rәhim xanı Gәncә xanı kimi tanımağa mәcbur oldu.

    1786 ilin әvvәlindә İbrahim xanın qohumu avar Umma xan Gәncәyә hücum etdi, lakin 5000 rubl tәzminat alaraq geri çәkildi. Hәmin ilin mayında İbrahim xan II İrakli ilә birlikdә Gәncәyә hücum etdi, Rәhim xana tәklif edildi ki, İbrahim xana tabe olsun. Gәncәdә baş verәn sonrakı hadisәlәr 1786 il yayın әvvәlindә Gәncәdә hakimiyyәtin İbrahim xanın kömәkliyilә Cavad xanın әlinә keçmәsi ilә nәticәlәndi. Onun qardaşı Rәhim xan II İraklinin yanında sığınacaq tapdı. Cavad xanın hakimiyyәtә keçmәsi ilә barışa bilmәyәn II İrakli Gәncә vә Qarabağda çaxnaşmalar yaradır, ruslara vә İbrahim xanla düşmәnçilik edәn ermәni mәliklәrinә arxalanırdı. 1787 ilin avqustunda gürcü dәstәsi vә polkovnik S.D.Burnaşovun başçı olduğu rus batalyonu Gәncә istiqamәtinә hәrәkәt etdi. Qubalı Fәtәli xan II İrakli ilә Gәncә vә Qarabağa qarşı müttәfiq olmuşdu. Lakin rus qoşunlarının Cәnubi Qafqazdan çıxarılması haqqında verilmiş qәrardan (Osmanlı Türkiyәsinin tәlәbi ilә) sonra da S.D. Burnaşov üç gün Gәncә yaxınlığından çәkilmәdi. II İrakli Gәncәnin müstәqilliyini tanıdı. Bu dövrdә Osmanlı Türkiyәsi G.x. ilә sıx әlaqә saxlayır, onu Rusiyadan qorumağa çalışırdı. 1788 ilin dekabrında II İrakli Fәtәli xan vә şәkili Mәhәmmәdhәsәn xanla birlikdә Cavad üzәrindә qәlәbә çaldı. Cavad xan Gәncәnin qala açarlarını Fәtәli xana tәqdim etdi. 1789 ildә Şәmşәddil mahalı Gәncә xanlığına qaytarıldı.

    1795 ildә Ağa Mәhәmmәd şah Qacarın Cәnubi Qafqaza yürüşü әrәfәsindә II İrakliyә bac vermәkdәn imtina edәn Cavad xan şahın Tiflisә hücumu zamanı qoşunu ilә ona yardım göstәrdi. Gәncә vә Şәki xanları Qacar ordusunu әrzaqla tәmin edirdilәr. Qacar qoşunları Qafqazdan getdikdәn sonra himayәdarını itirәn Cavad xan İrakli ilә münasibәtlәrini düzәltmәyә çalışsa da, ona tabe olmaq istәmirdi. 1796 ilin fevralında II İrakli oğlu Aleksandrın başçılığı ilә Gәncәyә qoşun yeritdi. İbrahim xan onu qabaqlayaraq avar hakimi Umma xanla birgә Gәncәni mühasirәyә aldı. İbrahim xan Cavad xandan 10 min rubl tәzminat aldı, onun oğlunu vә bacısını girov götürdü. 1796 il 19 fevral reskriptindә II Yekaterina V.Zubova Gәncә vә İrәvanı Gürcüstana tәslim etmәk tapşırığını vermişdi. 1796 il aprelin 15-dә gen. V.S.Zubovun Azәrb.-a yürüşü başladı. Bu mürәkkәb dövrdә Qarabağ vә Kartli-Kaxeti tәrәfindәn gözlәnilәn tәhlükә sәbәbilә Cavad xan rusların Gәncәyә gәlmәsini istәmişdi. Dekabrın 13-dә Cavad xan şәhәr darvazasının açarını şәxsәn tәqdim etmiş vәandi çmә vәrәqini imzalamışdı. Qalada rus qarnizonu yerlәşdirilmiş, xana qalada әn çox 6 gün qalmağa icazә verilmişdi. II Yekaterinanın ölümündәn (6.11.1796) sonra rus qoşunları Azәrb.-dan geri çağırıldı. A. Bakıxanovun mәlumatına әsasәn, ruslar Gәncә qalasını tәrk etdikdә onu Cavad xana deyil, gürcü valisinә verdilәr. II İraklinin adından Gәncәyә vali tәyin edilmiş şәmşәddilli Əli Sultan Cavad xanın yanına gәlәrәk valilikdәn imtina etmiş, xanın hakimiyyәti bәrpa olunmuşdu. 1797 ildә Ağa Mәhәmmәd şah Qacarın ikinci yürüşündәn sonra G.x.-nın vәziyyәti ağır idi. Gәncәdә 1 çәrәk çörәk 30 gümüş rubla satılırdı. Aclıqdan taun epidemiyası baş qaldırmış, әhali köçmәyә başlamışdı. Şah Cavad xanı zindana atdırmışdı. Ağa Mәhәmmәd şahın qәtlindәn sonra baş verәn qarışıqlıqdan istifadә edәn Cavad xan zindandan qurtularaq Gәncәyә qayıtmışdı.

    Fәtәli şah Qacarın hakimiyyәtә gәlmәsindәn sonra Qarabağ, Gәncә, Bakı vә Quba xanları öz elçilәrini hәdiyyәlәr vә tәbriklәrlә onun yanına göndәrdilәr. Cavad xanın dәyişkәn siyasәti yalnız bir mәqsәd daşıyırdı: xanlığın müstәqilliyini qorumaq vә hakimiyyәtini möhkәmlәndirmәk. Gürcülәrin vә lәzgilәrin basqınlarından müdafiә olunmaq üçün Cavad xan çar dairәlәri ilә yaxşı münasibәt qurmağa çalışırdı. O, Gәncәdә qalmış gürcü şahzadәsi Aleksandrı himayә edir, onu Gürcüstana hücuma hazırlayırdı. 1801 ilin yazında Cavad xan Şәmşәddilә hücum etdi. Lakin qüvvәsinin azlığını nәzәrә alıb yerli ağaları Gәncәyә köçmәyә çağırdı. Az müddәtdә 1900 ailә köçdü. 1801 il sentyabrın 12-dә Kartli-Kaxetiya çarlığının Rusiyaya birlәşdirilmәsi haqqında çar manifesti elan olundu. Rus qoşunları baş komandanı vә mülki hakim tәrәfindәn idarә olunan Tiflis quberniyası yaradıldı. Cavad xanın Gürcüstanın gen.-qubernatoru olan gen.-leytenant Knorrinqә göndәrdiyi mәktubda o, Şәmşәddilin Gәncәyә mәxsus olduğunu vә heç kimsәnin onu almağa haqqı olmadığını yazmışdı. Buna baxmayaraq Qazax, Borçalı, Şәmsәddil sultanlıqları Tiflis qub.-nın tәrkibinә qatıldı. Gürcüstanın Rusiyaya birlәşdirilmәsi ilә Azәrb. torpaqlarının Rusiya tәrәfindәn istilasının әsası qoyuldu.

    1803 il noyabrın 29-da qoşunu ilә Şәmkirә gәlәn gen. İ.P.Sisianov Cavad xandan Gәncәnin tәslimini tәlәb etdi. Tәlәblәri dәfәlәrlә rәdd edәn Cavad xan uzun müddәt çar qoşunlarına şiddәtli müqavimәt göstәrdi. Gәncәyә doğru yolda Quru qobu (Qulu qobu) adlı yerdә, rus qoşunları ilә gәncәlilәr arasında ilk toqquşma baş verdi. Cavad xan bir qәdәr müqavimәtdәn sonra gücdәn düşәrәk pozulmuş qoşunları ilә birlikdә qalaya çәkildi. Bağmanlar adlı yerdә ilk hәrbi әmәliyyat dekabrın 2-dә başladı. Gәncәlilәr top atәşlәri qarşısında geri çәkilsәlәr dә, düşmәn toplarının bir qismini sıradan çıxara bildilәr. Bundan sonra rus qoşunları Gәncәni mühasirәyә aldılar. Mühasirә bir aya yaxın davam etdi. 1804 il yanvarın 2-dәn 3-nә keçәn gecә rus qoşunları qalaya hücuma başladılar. Onların iki cәhdi dәf olundu. Qalanın müdafiәçilәri inadlı müqavimәt göstәrdilәr. Cavad xan vә onun ortancıl oğlu Hüseynqulu ağa döyüşlәrdә qәhrәmancasına hәlak oldular. Gәncә çar qoşunları tәrәfindәn tutuldu, G.x. lәğv olundu, şәhәr öz qәdim adını itirdi vә I Aleksandrın arvadının şәrәfinә Yelizavetpol adlandırıldı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN