GƏNCƏ KÖRPÜLƏRİ – Gәncә çayının üzәrindә salınmış 3 körpüdәn ibarәt Azәrb. memarlıq abidәlәri. 12 әsr – 13 әsrin әvvәllәrindә salındığı ehtimal edilir. Arxeoloji tәdqiqatlar (1939–40 illәr) nәticәsindә G.k.-nin dayaqları (dağınıq halda) aşkar edilmişdir. Körpülәrdәn birini bütöv halda әks edәn fotoşәkil (19 әsr) qalmışdır. Çayın axarı istiqamәtindә üçüncü (axırıncı) olan çoxaşırımlı, çatmatağlı körpü bişmiş qırmızı kәrpicdәn vә çaydaşından tikilmişdir. Orta әsr Azәrb. körpülәrindәn fәrqli olaraq, suyun dağıdıcı tәsirini aradan qaldırmaq mәqsәdilә dalğaqıranlar dayaqlardakı açırımlarla әvәz edilmişdir.