GƏNCƏ KUKLA TEATRI, G ә n c ә D ö v l ә t K u k l a T e a t r ı – Gәncә Kukla Teatrı 1981 ildә fәaliyyәtә başlamış, 1985 ildә “Simurq” xalq kukla teatrı adlandırılmışdır. 1986 ildәn Gәncә Dövlәt Kukla Teatrı kimi fәaliyyәt göstәrir. Teatrda Azәrb., elәcә dә dünya xalqlarının yazılı vә şifahi әdәbiyyatının motivlәri әsasında hazırlanmış әsәrlәr tamaşaya qoyulur: “Xeyir vә Şәr” (N.Gәncәvi), “Dostluğun sirri” (H.Hәsәnov), “Fitnә” (A.Şaiq), “Keçәlin toyu” (R.Əlizadә), “Ağca vә qaraca” (R.Hәsәnli), “Xırs quldurbasan” (M.F. Axundzadә), “Oğul-noğul” (F.Tarıverdiyev), “İki dәcәl şirciyәz” (N.Kasio), “Üç keçi balası vә yalquzaq canavar” (“Şәngülüm, Şüngülüm, Mәngülüm”, H.Hәsәnov), “Qumral quzunun kәlәyi” (R. Sәmәndәr), “Əhmәdin vәfalı xoruzu” (Ə.Sәmәdli), “Hamıdan güclü” (İ.Coşqun), “Qoğal”, “Qız qalası” (xalq әfsanәsi әsasında) vә s. teatrın әn yaxşı tamaşalarındandır. G.k.t.-da 2016 ildә “Sәlim vә Sehrbaz”, C.Rodarinin “Çippolino”, Ə.Sәmәdlinin xalq nağılı әsasında “Cik-cik xanım”, Ü.Hacıbәylinin “Mәşәdi İbad” әsәrini tamaşaya qoymuşdular. G.k.t. kiçıkyaşlı uşaqlara vә mәktәblilәrә yüksәk mәnәvi-әxlaqi keyfiyyәtlәr aşılanmasında, onların vәtәnpәrvәrlik ruhunda tәrbiyә edilmәsindә vә dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Teatr Resp.-nın bir sıra şәhәr vә r-nlarında (Bakı, Mingәçevir, Daşkәsәn, Şәki, Qazax, Tovuz, Şәmkir vә s.) qastrol tamaşaları göstәrir. F.Abbasova, N.Abdullayeva, E.Babayeva, X.Əsgәrov, A.İbrahimova, M.İsmayılov, N.Mәmmәdov, F.Süleymanova, Y.Cәfәrov teatrın aparıcı aktyorları olmuşdular. Aktyorlardan N.Namazov, Z.Əliyeva, N.Şәrifova, M.Haqverdiyeva, Y.Mәmmәdova; teatrın baş rej. F.Paşayev fәaliyyәt göstәrirlәr. Teatrın kollektivi bir çox beynәlxalq festivallarda Azәrb. Resp.-nı tәmsil etmişlәr.