GƏNCƏ QUBERNİYASI – AXC dövründә әn iri inz.ә.v. “Qafqaz vә Zaqafqaziya diyarı idarәsinin dәyişdirilmәsi haqqında” tarixi çar fәrmanı (9.12.1867) әsasında Yelizavetpol qub. yaradılmışdı. AXC hökumәtinin qәrarı (30.7.1918) ilә Yelizavetpolun tarixi adı – Gәncә bәrpa edilmişdi. Bundan sonra quberniya da G.q. adlandırılmışdı. AXC-nin inz.-ә. bölgüsündә mühüm yer tutan G.q. keçmiş Yelizavetpol qub.-na yeni әlavә edilmiş әrazilәr hesabına xeyli genişlәndirilmişdi. Bakı vә Zaqatala qub. istisna olunmaqla, qalan 10 qәza (Qazax, Gәncә, Nuxa, Ərәş, Cavanşir, Şәrur-Dәrәlәyәz, Naxçıvan, Zәngәzur, Cәbrayıl, Şuşa) vә 1 dairә (Göyçә) G.q.- nda birlәşdirilmişdi. G.q.-nı qubernator idarә edirdi. Hökumәtin qәrarı (30.3.1919) ilә Gәncә qubernatoru İ.Vәkilova gen.-mayor, onun kömәkçisi H.Xoyskiyә isә polkovnik rütbәsi verilmişdi. İ.Vәkilov Azәrb. ordusu Baş qәrargahı Baş İdarәsinin topoqrafiya şöbәsinin rәisi tәyin olunduğuna görә, hökumәtin qәrarı (6.5.1919) ilә X.Rәfibәyli Gәncә qubernatoru tәyin edilmişdi. AXC hökumәti G. qub.-nın sosial-iqtisadi vә mәdәni inkişafına diqqәtlә yanaşırdı. Ermәni-daşnak quldur birlәşmәlәrinin azәrb.-lara qarşı soyqırımı vә deportasiya siyasәti nәticәsindә İrәvan qub. qәzalarından qaçqın düşmüş azәrb.-lar daha çox Gәncәdә vә onun әtrafında yerlәşdirilmişdi. Onların әrzaqla tәmin olunması vә sağlamlıqlarının qorunması üçün tәdbirlәr görülmüşdü. Lakin bolşeviklәr bütün vasitәlәrdәn istifadә edәrәk, quberniyada siyasi sabitliyi pozmağa cәhd göstәrirdilәr. Onlar burada kәndli hәrәkatının genişlәndirilmәsinә çalışırdılar. 1919 ilin yazında Gәncәdә F. Əliyevin başçılığı ilә RK(b)P gizli dairә komitәsi tәşkil olunmuşdu. G.q.-nda fәhlә vә kәndlilәr AXC hökumәtinә qarşı çıxışlara tәhrik edilirdi. Dәmiryolçuların tәtili (1919, yanvar) baş vermişdi. Qatır Mәmmәdin rәhbәrlik etdiyi vә AXC hökumәtinә qarşı çevrilmiş qaçaq hәrәkatı tәhlükәli hal almışdı. Bakıda AXC hökumәtinin süqutu vә
Azәrb. SSR-in elan edilmәsi G.q.-ndakı vәziyyәtә tәsir göstәrmişdi. Hәmin gün F.Əliyevin sәdrliyi ilә AK(b)P Gәncә Dairә Komitәsi Quberniya İnqilab Komitәsi yaratmış vә hakimiyyәtin tәhvil verilmәsi haqqında Gәncә qubernatoru X. Rәfibәyliyә ultimatum vermişdi. Ultimatum qәbul olunmuşdu. Hakimiyyәtin Quberniya İnqilab Komitәsinә verilmәsi haqqında akt (29.4.1920) imzalanmışdı. 11-ci Qırmızı ordu hissәlәri Gәncәyә daxil (1.5.1920) olmuşdu. Lakin G.q.-nda sovet hakimiyyәti güclü müqavimәt hәrәkatı ilә üzlәşmişdi. Gәncә, Qarabağ vә digәr böl- gәlәrdә sovet bolşevik işğalına qarşı üsyanlar baş vermişdi. Üsyanlar amansızlıqla yatırılmış, sovet hakimiyyәti bәrpa olunmuş, G.q. lәğv edilmişdi. Milli Azәrbaycan Tarixi Muzeyindә G.q.-nın gerbi (1867) saxlanılır.