GƏNCƏ MİLLİ MÜƏLLİMLƏR SEMİNARİYASI – Azәrb.-da müәllim kadrları hazırlayan ilk tәhsil müәssisәlәrindәn biri. 1914 ildә yaradılmış, 1924 ildә ilk buraxılışı olmuşdur. G.m.m.s.-nda azәrb.-larla yanaşı, Daşkәnd vә Sәmәrqәnd ş.-lәrindәn özbәk gәnclәr dә tәhsil alırdılar. Seminariyada Y. Mәmmәdәliyev, M.Rzaquluzadә, Ə.Cavad vә b. dәrs demiş, H.Araslı, Mir Cәlal vә b. görkәmli ziyalılar bu seminariyanı bitirmişlәr. G.m.m.s. 1927 ildә qız seminariyası ilә birlәşdirilib, Gәncә Pedaqoji Texnikumu adlandırılmış, 1954 ildә isә Xanlar (indiki Göygöl) pedaqoji texnikumu ilә birlәşdirilmişdir.