GƏNCƏ ÜSYANI (1826) – Rusiya–İran müharibәsi (1826–28) dövründә Rusiya hakimiyyәtinә qarşı Gәncәdә baş vermiş üsyan. Üsyançılar iyulun 27-dә hәbsxananı әlә keçirmiş, iyulun 28-nә keçәn gecә rus qarnizonunu darmadağın etmişdilәr. Zurnabaddan rus qarnizonunun kömәyinә gәlәn rota top atәşi ilә qarşılanmış vә geriçәkilmişdi. Şәhәr Abbas Mirzәnin qoşunu tәrәfindәn tutulmuşdu.