GƏNCƏ ÜSYANI (1920) – sovet işğalına qarşı 1920 il mayın 26–31-dә Gәncәdә baş vermiş ilk güclü silahlı etiraz. Üsyanın sәbәbi yeni sovet hakimiyyәtinin siyasәtindәn ümumxalq narazılığı, bәhanәsi isә bolşeviklәr tәrәfindәn Azәrb. hәrbi hissәlәrinin ”yabançı sinfi ünsürlәr”dәn tәmizlәnmәsi idi. Üsyanın hәrәkәtverici qüvvәsini Azәrbaycan Milli Ordusunun 1800 nәfәrlik bölmәsi tәşkil edirdi. 1920 il mayın 25-dәn 26-na keçәn gecә Gәncәdәki milli qüvvәlәr Qırmızı ordu qarnizonunun hücumunu dәf etdi. Mayın 26-da d.y. stansiyası üsyançılar tәrәfindәn әlә keçirildi. Üsyana gen.-mayor C. Şıxlinski, gen.-mayor M. Qacar, polkovnik C. Kazımbәyov vә b.-ndan ibarәt hәrbi şura rәhbәrlik edirdi. Gәncә vә әtraf kәndlәrin әhalisi dә üsyançılara qoşuldu vә onların ümumi sayı 10–12 min nәfәrә çatdı. Şәhәrin ermәni әhalisi Qırmızı ordunun tәrәfinә keçәrәk ona yardım üçün könüllü silahlı dәstәlәr tәşkil etmәyә başladı. Mayın 27-dә bu hissәlәr hücuma keçdi, lakin xeyli itkilәrә mәruz qaldığından geri çәkildi. Mayın 28-dәn 29-na keçәn gecә Gәncә qarnizonu şәhәrin müsәlmanlar yaşayan hissәsini nәzarәt altına aldı. Bolşeviklәr Gәncәyә әlavә qüvvәlәr yeritdilәr. Yeni hücum әrәfәsindә şәhәr güclü top atәşinә tutuldu. Mayın 29-da üç diviziya Gәncә üzәrinә ikinci hücuma keçәrәk şәhәrә daxil oldu. Üsyançıların ciddi müqavimәti ilә rastlaşan bolşeviklәr hәr bir küçә, mәhәllә, döngә vә evi şiddәtli vuruşmalar nәticәsindә әlә keçirdilәr. Yalnız mayın 31-dә Qırmızı ordu şәhәri tam tuta bildi. Əsir düşәn üsyançılar Nargin a.-na sürgün edilib orada güllәlәndilәr. Üsyanın yatırılması zamanı Qırmızı ordunun әsgәrlәri vә ermәni könüllülәri dinc azәrb. әhalisinә divan tutdular, qocaları vә uşaqları öldürdülәr. Bolşeviklәrin cәza tәdbirlәri nәticәsindә Gәncәdә 13 min nәfәrә yaxın dinc sakin qәtlә yetirildi.