“GƏNCƏ–1” – tut ipәkqurdu cinsi. 1964 ildә Azәrb. Elmi–Tәdqiqat İpәkçilik İn-tunda R.A.Hüseynov tәrәfindәn yetişdirilmişdir. Qurdun rәngi ağdır. Baraması ağ vә oval formalıdır. Orta kütlәsi 1,3 q olur. Yemlәmә müddәti 27 gündür. Yaş baramada ipәyin miqdarı 25,7%-dir. 1 q ipәkqurdu 3,48 kq-a qәdәr barama mәhsulu verә bilir.