GƏNCƏÇAY – Azәrb. Resp. Daşkәsәn, Göygöl vә Samux r-nları әrazisindә çay. Kürün sağ qolu. Uz. 98 km, hövzәsinin sah. 752 km2-dir. Murovdağ silsilәsinin şm. yamacından (2814 m hünd.-dәn) başlanır. Mühüm qolları: Zivlәn vә Dәstәfur. Qar, yağış vә yeraltı sularla qidalanır. Suvarmada istifadә olunur. Üzәrindә Zurnabad SES-i var.