Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏNCƏ-QAZAX İQTİSADİ RAYONU 

    GƏNCƏ-QAZAX İQTİSADİ RAYONU – G.-Q. iqt. r-n Ağstafa, Daşkәsәn, Gәdәbәy, Goranboy, Göygöl, Qazax, Samux, Şәmkir, Tovuz inzibati rayonlarını, hәmçinin Gәncә vә Naftalan şәhәrlәrini әhatә edir. İqtisadi vә sosial-mәdәni potensialına görә resp. üzrә ikinci yer tutur (Abşeron iqtisadi r-ndan sonra). Rayonda 288 sәnaye müәssisәsi fәaliyyәt göstәrir. Gәncә – G.-Q. iqt. r-nun әn inkişaf etmiş şәhәridir. Əsasәn, neft, tәbii qaz, kükürdlü kalçedan, kobalt, barıt, dәmir filizi, alunit, әhәng daşı, mәrmәr, gips, seolit, bentonit gili, sement xammalı hasil edilir. Kür çayının rayon әrazisindәn keçәn hissәsi hidroenerji ehtiyatları ilә zәngindir. G.-Q. iqt. r-n tәbii-rekreasiya (Göygöl-Hacıkәnd zonası, Murovdağın şm. yamacları, Naftalan müalicәvi nefti, Mingәçevir su anbarının әtrafı, mineral bulaqlar vә s.) ehtiyatlarına malikdir. Ölkәnin ikinci sәnaye r-nudur (sәnaye mәhsullarının 12 –13%-ini tәşkil edir). Hasilat vә emal sәnayesi inkişaf etmişdir. Gәncә vә Daşkәsәndә qara vә әlvan metallurgiya xammal hasilatı, hәmçinin ilkin emal müәssisәlәri yerlәşir. Ağır sәnaye vә maşınqayırma (cihazqayırma, rabitә avadanlığı istehsalı, avtomobillәrin vә k.t. maşınlarının tәmiri müәssisәlәri), elektroenergetika (İEM vә SES), kimya (sulfat turşusu, kalium gübrәsi istehsalı üzrә z-dlar) sәnayesi inkişaf etmişdir. Yüngül (pambıq vә yun parça, trikotaj mәhsullarının istehsalı, xalça toxuculuğu) sәnaye yerli xammala әsaslanır. Hәmçinin, ağac emalı, tikinti materialları (dәmir-beton, kәrpic-kiromit, mәrmәr z-dları), xalq istehlak malları (çini-saxsı qablar vә s.) istehsalı vә k.t. müәssisәlәri (әt vә süd, konyak, şәrab-qәnnadı vә konserv mәhsulları istehsalı yerli vә regional tәlәbatı tәmin edir) fәaliyyәt göstәrir.

    K.t. inkişaf etmişdir. Resp. üzrә k.t. mәhsulunun tәqr. 13-14%-i (kartof – 80- 85%, üzüm – 28%, heyvandarlıq mәhsulları – 15%) G.-Q. iqt. r-nun payına düşür. G.-Q. iqt. r-nda k.t. sahәlәri, әsasәn, kartof becәrilmәsi, üzümçülük vә taxılçılıq (Qazax vә Aqstafa, Şәmkir vә Samux rayonları üzüm, Gәdәbәy, Şәmkir, Tovuz rayonları kartof, Goranboy r-n taxıl istehsalı) üzrә ixtisaslaşdırılmışdır. Pambıq, yalnız, Goranboy r-nunda becәrilir. İqtisadi rayonda hәmçinin, bostançılıq, tәrәvәzçilik, meyvәçilik vә heyvandarlıq sahәlәri inkişaf etmişdir. Ceyrançöl – respublikanın mühüm qış otlaq sahәlәrindәn biridir.

    K.t. bitkilәrindәn dәnli vә dәnli paxlalılar – 91063 ha, o cümlәdәn buğda – 53738 ha, pambıq – 2354, tütün – 38 ha, şәkәr çuğunduru – 2054, dәn üçün günәbaxan – 4816, kartof – 31163 ha, bostan bitkilәri – 1120 ha, tәrәvәz – 11852 ha, meyvә vә gilәmeyvә – 15943 ha, üzüm – 4220 ha sahәdә becәrilir (2016). Əkilәn torpaqların orta mәhsuldarlıq göstәricilәri hәr ha-dan: dәnli vә dәnli paxlalılar – 277945 t, o cümlәdәn buğda – 163596 t, pambıq – 4334 t, tütün – 24 t, şәkәr çuğunduru – 76564 t, dәn üçün günәbaxan – 9752 t, kartof – 454219 t, tәrәvәz – 218435 t, bostan bitkilәri – 20732 t, meyvә vә gilәmeyvә – 138830 t, üzüm – 56048 t (2016).

    Rayonda heyvandarlıq inkişaf etmişdir: qaramal 482993 baş, davar – 1714926, donuz – 123, ev quşları – 2584876 min (2016). Arıçılıq var. G.-Q. iqt. r-nu üzrә tәqr. 29141 t әt (kәsilmiş çәkidә), 293988 t süd, 123213 min әdәd yumurta, 3446 t yun istehsal olunur (2016).

    Yeni açılmış iş yerlәrinin ümumi sayı 26134, onlardan 18642-si daimi iş yerlәridir. İşsizlәrin sayı 2181 nәfәr tәşkil edir.

    Gәncә-Qazax iqt. r-nun kompleks inkişafında nәql. sistemi әhәmiyyәtli rol oynayır. Rayon Azәrb.-ı Gürcüstan vә Qara dәniz sahillәri ilә birlәşdirәn dәmir vә avtomobil yolları üzәrindә yerlәşir. Gәncә, Qazax vә Ağstafa – әsas nәql. qovşaqlarıdır. Rayon üzrә ümumi yük dövriyyәsi 1599,5 mln. t km, avtomobil nәql. ilә yük daşınması 13373 min tәşkil edir. Gәncә ş.-ndә respublika әhәmiyyәtli aeroport fәliyyәt göstәrir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN