GƏNCƏLƏ – Gürc.-nın Kaxetiya mahalının Laqodexi bәlәdiyyәsi әrazisindә azәrb.-ların yaşadığı kәnd. Alazan-Hәftәran vadisindә, Qabal çayının sol sahilindә, r-n mәrkәzindәn 15 km q.-dә, dәniz sәviyәsindәn 360 m yüksәklikdә yerlәşir. Kәnddә 2002 ildә 630 ailәdә 2745 nәfәr, 2006 ildә 2595 nәfәr әhali qeydә alınmışdır. Tam orta mәktәb var.