GƏNCİYEV Gәncәli Əziz oğlu (d.19.3.1942, Astara ş.) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1989), prof. (1993). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunun (indiki Azәrb. Dövlәt Aqrar Un-tinin) iqtisadiyyat fakültәsini bitirmişdir (1965). Əmәk fәaliyyәtinә 1965 ildәn Azәrb. Kәnd Tәsәrrüfatının İqtisadiyyatı İn-tunda başlamışdır. Azәrb. EA-nda (indiki AMEA-da) müxtәlif vәzifәlәrdә çalışmışdır (1972–93). Azәrb. Kooperasiya Un-tinin rektoru (1994–95) olmuş, hazırda hәmin un-tdә kafedra müdiri kimi (1994 ildәn) fәaliyyәt göstәrir. 200-әdәk elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Эффективность использования ресурсов науки в Азербайджанской ССР. B., 1966. Transmilli korporasiyalar (hәmmüәllif). B., 2007.