GƏNCLƏR – Azәrb. Resp. Quba r-nunun Hacıhüseynli ә.d.-ndә qәsәbә. R-n mәrkәzindәn 12,6 km şm.-ş.-dә, Qusar maili düzәnliyindәdir. Əh. 478 (2017); meyvәçilik vә heyvandarlıqla mәşğuldur. K.t. müәssisәsi, ümumi orta mәktәb, tibb mәntәqәsi, kitabxana, mәscid var.