“GƏNCLƏR SƏDASI” – Bakıda Azәrb. vә rus dillәrindә nәşr olunan hәftәlik qәzet. “Qafqaz müsәlman mütәәllimlәrinin mәrkәzi komitәsinin” mәtbu orqanı idi. İlk nömrәsi 1917 il oktyabrın 9-da çıxan qәzetin nәşri hәmin ilin sonunadәk davam etmişdir. 6 sәh.-lik qәzetin 3 sәh.-sindә Azәrb. dilindә materiallar, qalan 3 sәhifәdә isә hәmin yazıların rus dilinә tәrcümәsi verilmişdi. “G.s.”-nın әsas qayәsi Qafqazda elm vә tәhsilin inkişafı, müәllimlәrin üzlәşdiyi çәtinliklәr vә әdәbi şәxsiyyәtlәrin tәbliği idi. Ə.Əlizadә, T.Aslanov, Ə.Mәmmәdzadә, A.Əlizadә, M.Zeynalov vә A.Z.Feyzullayev qәzetlә әmәkdaşlıq etmişlәr. Redaktorları Ə.Heydәrzadә vә Ə.Mәmmәdzadә idi.