“GƏNCLİK” – Bakıda fәaliyyәt göstәrәn nәşriyyat. 1938 ildә “Uşaqgәncnәşr” adıyla yaradılmış, 1967 ildә “Azәrbaycan Dövlәt Nәşriyyatı”nın uşaq vә gәnclәr redaksiyası birlәşdirildikdәn sonra “G.” nәşriyyatı kimi fәaliyyәt göstәrmişdir. Yeniyetmә vә gәnclәr üçün kitablar, gәnc müәlliflәrin, Azәrb., rus vә dünya xalqları klassiklәrinin әsәrlәrini, şifahi xalq yaradıcılığı nümunәlәrini, hәmçinin siyasi-ictimai vә elmi-kütlәvi әdәbiyyat çap edirdi.