GƏNDOV– Azәrb. Resp. Şabran r-nunda kәnd. Gәndov ә.d.-nin (Gәndov, Aygünlü, Ərәblәr, Leyti, Pirәmsәn k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 9 km şm.-q.-dә, Bakı–Quba avtomobil yolu kәnarında, düzәnlikdәdir. Əh. 2895 (2017); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, tibb mәntәqәsi, klub, kitabxana, poçt, mәscid var.
Kәnd kükürdlü suyu olan bulaqların yanında yerlәşir. Sakinlәri arasında Gәndob kimi tәlәffüz edilir. Hidronim fars. “gәnd” (“pis qoxulu”) vә “ov/ab” (“su”) sözlәrindәn ibarәtdir. Kәndin q.-indә erkәn orta әsrlәrә aid Almastәpә yaşayış yeri, c.-unda orta әsrlәrә aid Gülüstantәpә vә Kömürtәpә yaşayış yerlәri var.