Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏNƏ QAYIDAN YATALAĞI

    GƏNƏ QAYIDAN YATALAĞI, e n d e m i k  q a y ı d a n  y a t a l a q, g ә n ә  b o r r e l i o z u, g ә n ә  s p i r o x e t o z u, g ә n ә  q a y ı d a n  q ı z d ı r m a s ı – kәskin infeksion xәstәlik; Borrelia cinsindәn olan spiroxetlәr tәrәfindәn törәdilir. Törәdicinin mәnbәyi gәmiricilәr (qum siçanları, siçovullar. әrәbdovşanları, çöl siçanları), kirpilәr, çaqqallar, tülkülәr vә s., rezervuarı vә keçiricisi isә Alectorobius cinsindәn olan arqas gәnәlәridir. Keçiricinin aktivlәşmәsi ilә әlaqәdar G.q.y. mövsümi xarakter daşıyır. Xәstәliyin tәbii (spiroxetlәrin sirkulyasiyası gәnәlәr vә vәhşi heyvanlar arasında baş verir) vә antropurgik (sirkulyasiya zәncirinә insan vә ev heyvanları daxil olur) ocaqları olur. Arqas gәnәlәrinin ayrı-ayrı növlәri yaşayış mәntәqәlәrinin (palçıqdan tikilmiş evlәrin, ev heyvanları üçün burdaqların) sakinlәridir. Endemik rayonların әhalisindә lazımı sәviyyәdә davamlı immunitet olur.

    İnkubasiya dövrü 5–15 gündür. Gәnәnin dişlәdiyi yerdә 2–4 hәftә davam edәn gicişәn tünd qırmızı rәngdә düyün әmәlә gәlir. Xәstәliyin kliniki mәnzәrәsi kәskin başlaması, temp-run 40–41°C-ә qәdәr yüksәlmәsi, davamlı başağrısı, әzәlәlәrdә (әsasәn, baldır әzәlәsindә), sümüklәrdә, oynaqlarda, sinir boyunca olan ağrılar, yuxusuzluq, yanğı hissi, qusma, burun qanaxmaları, ckleralarda olan qansızmalar, dәridә sәpgilәr, dildә ağ, әrpin olması (“tәbaşir” dili), hipotoniya (krizis zamanı kollapsın olması mümkündür) әlamәtlәri ilә xarakterikdir. İlk qızdırma tutmaları bir saatdan 2–6 günә qәdәr davam edir. Cәmi 3–8 vә daha çox tutmalar ola bilәr vә onların davametmә müddәti getdikcә 3–4 saata qәdәr qısalır. Tutmalararası dövrlәr temp-run normallaşması ilә 18 günә qәdәr uzanır. Xәstәliyin ümumi davametmә müddәti 2–3 aydır. D i a q n o s t i k a  kliniki mәnzәrәyә, endemik anamnez mәlumatlarına, qanda törәdicinin tapılmasına vә s. әsaslanır. M ü a l i c ә s i: antibiotiklәr, dezintoksikasiya. Profilaktika mәqsәdilә xәstәlik ocağında gәmiricilәr vә gәnәlәrlә kompleks mübarizә tәdbirlәri aparılır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN