Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏNƏGƏRÇƏK 

    GƏNƏGƏRÇƏK (Ricinus) – südlәyәnkimilәr fәsilәsindәn bitki cinsi, lat. adı ricinus – gәnә sözündәn götürülmüşdür (toxumları formasına görә gәnәyә oxşayır). 1 növü vardır – adi G. (R. communis). Yağlı bitkidir. Vәtәni Şimal-Şәrqi Afrikadır. Yabanı halda Afrika, Asiya, Cәnubi Amerikada yayılmışdır. Hünd. 10 m-әdәk olan çoxillik kolluqlar vә ağaclardır. Azәrb.-da becәrilәn 1 növü vardır. Bitkinin bütün hissәlәri, xüsusilә toxumları zәhәrlidir (tәrkibindә risinin alkaloidi var). Əsas gövdәsinin içi boşdur (qalınlığı 1,5–15 sm). Yarpaqları iri, 7–9 dilimli, uzun saplaqlıdır; torpağın dәrinliyinә işlәyәn mil kök sistemi vardır. Bircinsli çiçәklәri 20–30 sm uz.-unda salxım әmәlә gәtirir, çiçәk qrupu oxunda qruplarla yerlәşir: dişi çiçәklәri salxımın üst hissәsindә, erkәk çiçәklәri alt hissәdә olur. Meyvәsi yetişdikdә, adәtәn çatlayan üçyuvalı qutucuqdur. Toxumlarının tәrkibindә tibdә vә sәnayedә tәtbiq edilәn 40–55% qurumayan yağ (gәnәgәrçәk yağı) vardır; jmıxından gübrә kimi, isti buxarla işlәndikdәn sonra qaramal üçün yem kimi istifadә edilir. Sәnaye әhәmiyyәtli texniki bitkidir. İşıq, rütubәt vә istisevәndir, şaxtaya, torpağın şorlaşmasına vә qrunt sularının sәthә yaxınlığına dözmür. Afrika, Amerika, Asiya vә Avropada becәrilir. Mülayim iqlimli zonalarda G. birillik, tropik vә subtropik zonalarda çoxillik bitki kimi yetişdirilir.

    Adi gәnәgәrçәk (ricinus communis).

    BƏT-nın mәlumatına görә dünyada 1 mln. ha sahәdә G. әkilir (2004). Əsas istehsalçıları Hindistan, Çin, Braziliya vә Rusiyadır. G.-in müasir sortlarının qutucuqları çatlamaya davamlı olduğundan mәhsul kombaynla yığıla bilir. G. hәm dә dekorativ bitki kimi, başlıca olaraq qırmızı, bәnövşәyi vә göy rәngli zoğları vә uzun çiçәk qrupları (uz. 60 sm-ә çata bilәn) olan sortları becәrilir. Zәrәrvericilәri: müxtәlif sovkalar, mәftilqurdları vә s.-dır. Xәstәliklәri:fuzarioz, boz çürümә vә s.-dır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN