Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏNƏLƏR 

    GƏNƏLƏR (Acari, Acarina) – hörümçәkkimilәr sinfindәn xeliserlilәr qrupu. Qrupun tamlığı vә ranqı haqqında sual mübahisәlidir; onları heyvanların tam bir yarımsinif, yaxud sinfi, ya da G.-in akarimorf (Acariformes) vә parazitiform (Parasitiformes) dәstәlәrinin daxil olduğu yığma qrup hesab edirlәr. Otbiçәn gәnәlәr sәrbәst dәstә sayılır vә ya parazitiform G.-ә aid edilir. G.-in qazıntı qalıqları Devon çöküntülәrindәn mәlumdur. Mәnşәyinә görә G.-i trilobitlәrlә әlaqәlәndirirlәr. Bәdәninin uz. 80 mkm-dәn 13 mm-әdәk, doymuş qaniçәnlәrdә isә 30 mm-dәk olur. Bәdәni bölünmәmiş, yaxud akariform G.-dә proterosom (xeliserlәri, pedipalpları, birinci vә ikinci cüt ayaqları daşıyan seqmentlәr) vә histerosom (üçüncü vә dördüncü ayaq cütü olan seqment vә qarıncıq), parazitiform G.-dә prosom (baş-döş) vә opistosoma (qarıncıq) bölünür. Primitiv formalarının bәdәnindә seqmentasiya izlәri var. Örtüklәri qalxan şәklindә bәrkimiş sahәlәri olan zәif skleritlәnmişdәn sıx kutikulyar zirehә qәdәr, rәngi ağımtıl-sarımtıldan parlaq-qırmızı vә ya tünd qәhvәyi, demәk olar ki, qara olur. Ağız aparatı әsasәn, gәmirici vә sancan-soran tiplidir. Bir çox G. növlәrinin xeliserilәri dişcikli vә qısqacşәkillidir, xüsusilәşmiş növlәrdә isә şәklini dәyişmiş dә ola bilәr; ağızәtrafı bığcığın 2-ci cütü 3-6-buğumlu, әsasları bitişәrәk, ağızönü hissәni әmәlә gәtirir.

    Gәnәlәrin әsas qruplarının nümayәndәlәri (ölçülәri böyüdülmüşdür): 1 – ambar gәnәsi; 2, 3 – zirehli gәnәlәr; 4 – vәzicik gәnәsi; 5 – lәlәk gәnәsi; 6 – qoturluq gәnәsi; 7, 8 – şirinsu gәnәlәri; 9 – fır gәnәsi; 10 – adi tor gәnәsi; 11,12 – arqas gәnәlәri; 13 – qamaz gәnәsi; 14, 15 – iksod gәnәlәri; 16 – otbiçәn gәnә.

    G.-in bәzi növlәrinin gözlәri var. Tәnәffüsü dәri vә ya traxeya vasitәsilәdir. Yumurtadan cinsi yetkin fәrdә qәdәr olan inkişaf tsiklinә sürfәyәqәdәrki mәrhәlә (akariform G.-ә vә otkәsәn G.-ә xasdır; aktiv deyil, qidalanmır, yumurta qişası altında gizli inkişaf edә bilir vә müәyyәn dәrәcәdә reduksiya oluna bilir), sürfә vә 1-7 nimfa mәrhәlәsi daxildir. G.-in sürfәyәqәdәrki mәrhәlәsindә vә sürfәlәrindә 3 cüt, nimfa vә yetkin fәrdlәrdә 4 cüt ayaq var (2 cüt ayağı olan fır G.-i istisnadır). Bir çox G.-dә cinsi demorfizm tәzahür edir. G.-dә mayalanma üsulları müxtәlifdir: spermatoforları substrat üzәrinә qoyur (birbaşa olmayan mayalanma) vә ya kopulyasiya zamanı spermatoforları vә ya spermanı dişiyә ötürür (birbaşa mayalanma); çox vaxt partenogenez müşahidә olunur. Nәsilvermә qabiliyyәti bir neçә ondan 20 min vә daha çox yumurtadır. Bir nәslin inkişafı bir neçә sutkadan bir neçә ilәdәkdir.

    50000-ә yaxın növü var. G. bütün qitәlәrdә yayılmışdır; torpaqda, müxtәlif üzvi qalıqlarda, heyvan yuvalarında, bitkilәrdә, müxtәlif su hövzәlәrindә vә s. rast gәlinir. Torpaq G.-inin sayı 1m2-ә 500 min fәrd, parazit G. bir heyvanda 10 mindәn çox (qırmızı bәdәn gәnәciklәrin sürfәlәri) ola bilir. G. trofik ixtisaslaşması müxtәlifdir: aralarında saprofaqlar, yırtıcılar, fitofaqlar, obliqat vә fakultativ hematofaqlar (qansoranlar) vә s. var. Bir çox G. üçün foreziya – digәr heyvanlar vasitәsi ilә yayılma sәciyyәvidir. Heyvanlarla bağlı G.-in bәzi növlәri ekto  vә endoparazitizmә keçә bilәr.

    İnsan vә heyvan bәdәnindә parazitlik edәn G. dermatit, qoturluq vә s. xәstәliklәr törәdir; ev tozu G.-i vә ambar G.-i allergenlәr mәnbәyidir. Yoluxucu xәstәliklәr törәdicilәrini, buğumayaqlıların hәr hansı digәr qruplarından daha çox G. yayırlar. Onlar virus, bakteriya, ibtidailәr vә filarilәr kimi insan vә heyvanların müxtәlif xәstәliklәrinin (gәnә ensefaliti, babebioz, teylerioz, tulyaremiya vә s.) törәdicilәrinin daşıyıcısıdır. Transmissiv xәstәliklәrin tәbii ocaqlarında iksod gәnәlәri daha tәhlükәlidir. Zirehli gәnәlәrin bәzi növlәri k.t. heyvanlarında parazitlik edәn helmintlәrin aralıq sahiblәridir. G.-in bir çox növü mәdәni bitkilәri, dәn, un ehtiyatlarını vә s. qida әrzaqlarını (tor gәnәlәri, fır gәnәlәri), saxlanılmaq üçün yığılmış bitki soğanaqları vә kökümsovları (ambar gәnәlәri) zәdәlәyirlәr. G.-in bir sıra növlәri bitki xәstәliklәri törәdicilәrinin daşıyıcısıdırlar. Varroa destructor gәnәsi arıçılığa әhәmiyyәtli ziyan vurur. Eyni zamanda torpaqda yaşayan zirehli G. maddәlәr dövranında vә torpaqәmәlәgәlmәsindә böyük rol oynayır, yırtıcı qamaz gәnәlәri isә bitki zәrәrvericilәri ilә mübarizәdә istifadә olunur. G. haqqında elm akarologiya adlanır.

    Əd: Б е к к е р Э., Уартон Г. Введение в акарологию. М., 1955; K r a n t z G.W. A manual of acarology. Corvallis, 1978; Б а л а ш о в Ю.С. Паразито-хозяинные отношения членистоногих с наземными позвоночными. Л., 1982; E v a n s G.O. Principles of acarology. Walling-ford, 1992; W a l t e r  D.E., Proctor H.C. Mites: ecology, evolution and behaviour. N.Y., 1999.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN