GƏNZƏ MİNERAL SU BULAĞI – Azәrb. Resp. Ordubad r-nu (Nax. MR) әrazisindә, Ordubad ş.-ndәn 6 km şm.-ş.-dә, Anabad k. yaxınlığında, Gәnzәçayın mәcrasındadır. Su çayın kәnarındakı qum-çınqıllardan çıxır. Bir neçә çıxışdan ibarәtdir. Debiti 160 m3/gün, temp-ru 15°C-dir. Suyu iysiz, şәffaf, turşmәzә, xoş tamlı, içmәyә yararlıdır.
Balneoloji tәrkibi:
∙pH 7,5 D 160 m3/gün T 15°C
Suyu orta dәrәcәdә minerallaşmış, hidrokarbonatlı-sulfatlı, natiriumlu-maqneziumlu-kalsiumludur. RF-nin “Jeleznovodsk” suyu kimi müalicә mәqsәdilә istifadә etmәk olar.