GƏNZƏÇAY – Azәrb. Resp. Ordubad r-nu(Nax. MR) әrazisindә çay. Arazın sol qolu. Zәngәzur silsilәsinin c.-q. yamaclarından (2700 m hünd.-dәn) başlanır; 620 m hünd.-dә, Ordubad ş. yaxınlığında Araza tökülür. Uz. 17 km, hövzәsininsah. 45 km2-dir. Əsasәn, yeraltı vә qar suları ilә qidalanır. Yaz-yay daşqınları vә güclü sellәr müşahidә olunur. Suvarmada istifadә edilir