GƏNZƏK (bәzi mәnbәlәrdә – Gәncәk) – İrәvan qub.-nın Şәrur-Dәrәlәyәz qәzasında (15.10.1931 ildәn Keşişkәnd, 3.1.1935 ildәn Mikoyan, 6.12.1957 ildәn Yeğeqnadzor r-nu) azәrb.-ların yaşadığı kәnd. 13 әsrdәn yaşayış mәntәqәsi kimi mәlumdur. 1828–32 illәrdә әhalisi ermәnilәr tәrәfindәn qovulmuş vә kәnd dağıdılmışdır. Xarabalıqları r-nun Əmağu k. yaxınlığında son zamanlara qәdәr qalmaqda idi.