Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏRAYBƏYLİ 

    GƏRAYBƏYLİ (G ә r a y b ә y o v) Ağasadıq Ağәli oğlu (15.3.1897, Şamaxı – 5.12.1988, Bakı) – Azәrb. aktyoru. Azәrb. Resp. xalq artisti (1940). 1910–12 illәrdә Bakıda H.Ərәblinskinin rәhbәrlik etdiyi hәvәskar dram dәrnәyindә, sonralar “Nicat” vә “Sәfa” cәmiyyәtlәrinin, Z. vә Ü.Hacıbәyli qardaşlarının teatr truppalarında çıxış etmiş, burada Sadıq xan (“Ağa Mәhәmmәd şah Qacar”, Ə.Haqverdiyev), Şah Tәhmas (“Nadir şah”, N.Nәrimanov), Rza bәy, Soltan bәy, Nofәl (“O olmasın, bu olsun”, “Arşın mal alan”, “Leyli vә Mәcnun”, Ü.Hacıbәyli) vә b. rolları oynamışdır. G. 1921– 33 illәrdә Bakı Azad Tәnqid-Tәbliğ Teatrının (sonralar Bakı Türk İşçi Teatrı) vә bir müddәt Azәrb. Dövlәt Dram Teatrının aktyoru olmuş, bir sıra yaddaqalan sәhnә obrazları yaratmışdır: Satin (“Hәyatın dibindә”, M.Qorki), İsgәndәr, Rüstәm bәy (“Ölülәr”, “Anamın kitabı”, C.Mәmmәdquluzadә), Balaş (“Sevil”, C.Cabbarlı), Mәmmәdcәfәr (“Yanğın”, H.Nәzәrli vә S.Rüstәm), Serebyakov (“Vanya dayı”, A.P.Çexov), Mahmud Sәfai (“Kәndçi qızı”, M.İbrahimov) vә s. G. 1933 ildәn Azәrb. Dövlәt Dram Teatrının aktyoru olmuş, yaradıcılığında güclü dramatik, komik sәpgili sәhnә obrazları mühüm yer tutmuşdur. Əsas rolları: Mәşәdi Hüseyn (“Hәyat”, M.İbrahimov), Altunbay, Salamov (“Od gәlini”, “1905-ci ildә”, C.Cabbarlı), naçalnik (“Qaçaq Nәbi”, S. Rüstәm), bәlәdiyyә rәisi (“Müfәttiş”, N.Qoqol), Mindilli, Əliqulu (“Nişanlı qız”, “Əliqulu evlәnir”, S. Rәhman) vә s. G. “Azәrbaycanfilm”in istehsal etdiyi “Sevil” (1929), “Qız qalası” (1924), “Hacı Qara” (1929), “Fәtәli xan” (1947), “Bәxtiyar” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günәş altında” (1957), “Mәn mahnı qoşuram” (1979) vә s. filmlәrdә çәkilmişdir. Yaradıcılığından bәhs edәn “Ağasadıq Gәraybәyli” (1974) filmi var. Azәrb. SSR Ali Sovetinin (6-cı çağırış) deputatı olmuşdur. Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmәk Bayrağı vә “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir.

    A.Gәyaybәyli (solda) “O olmasın, bu olsun” filmindә.

    Əd.: Azәrbaycan SSR xalq artisti Ağasadıq Gәraybәyli. B., 1958; R ә h i m l i İ. Ağasadıq Gәraybәyli. B., 1979; K a z ı m z a d ә A. Bizim “Azәrbaycanfilm”. 1923–2003-cü illәr. B., 2004.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN