Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏRAYİLƏR

    GƏRAYİLƏR, Girayilәr – Krım xanları sülalәsi [1427–1783]. Banisi xan taxtına öz hüquqlarını elan etmiş vә 1440-cı illәrdә Qızıl Ordadan asılı olmayan Krım xanlığını yaratmış Hacı Gәraydır. Hacı Gәrayın ölümündәn (1466) sonra hakimiyyәt uğrunda oğulları arasında çәkişmәlәrdә kiçik oğlu I Mengli Gәray qalib gәlmişdi. 1475 ildә Krım xanlığı Osmanlı dövlәtinin vassalına çevrilmişdi. Mengli Gәray Böyük Moskva knyazı III İvan Vasilyeviçlә ittifaqda Litva vә Polşaya qarşı mübarizә aparmışdır. Lakin Litva Mengli Gәrayı Böyük Moskva knyazı ilә ittifaqı pozmağa razı salmış vә 1512 ildә Polşa vә Litva kralı I Sigizmund tәrәfindәn maliyyәlәşdirilәn I Mengli Gәrayın oğulları rus torpaqlarına hücumlara başlamışdılar. Mengli Gәrayın ölümündәn sonra onun oğulları 1521 ildә Kazanı (burada Sahib Gәrayın, 1524 ildәn Sәfa Gәrayın hakimiyyәti bәrqәrar olmuşdu), 1523 ildә isә Hәştәrxanı öz hakimiyyәtlәri altına almışdılar. Lakin 1550-cı illәrdә Kazan vә Hәştәrxan xanlıqları Rus dövlәti tәrәfindәn tutulmuşdu. Krım xanı I Dövlәt Gәray bir neçә dәfә rus torpaqlarına hücum etmiş, 1571 ildә Moskvanı yandırmışdı. Rus dövlәti möhkәmlәndikcә onun Krıma vә hakim G. sülalәsinә tәsiri güclәnirdi. 18 әsrdә Krım Rusiya ilә Türkiyә arasında mübarizә obyektinә çevrildi. Küçük Qaynarca sülhünә (1774) görә, G. Krımın müstәqil hakimlәri elan olundular. Lakin 1783 ildә sonuncu Krım xanı Şahin Gәrayın taxttacdan әl çәkmәsindәn sonra Rusiya Krımı ilhaq etdi. Şahin Gәray әvvәlcә Rusiyaya, sonra isә Türkiyәyә köçdü vә burada sultan I Əbdülhәmidin әmrilә edam olundu. G. sülalәsinin ayrı-ayrı nümayәndәlәri Krımda qalmış Baxçasaray sarayında yaşamışdılar. G.-in ikincidәrәcәli qolu Çoban Gәrayilәr dә mövcud olmuşdur. Çoban G.-dәn yalnız Adil Gәray [1665–70] xan olmuşdur. G.-dәn olan vә özünü Krım xanlarının varisi hesab edәn Cezar Gәray hazırda Londonda yaşayır vә iri dizayner firmasına rәhbәrlik edir.

    G.-in iqamәtgahı ilk vaxtlar Solxatda (Ə s k i   K r ı m) olmuş, Mengli Gәrayın dövründә paytaxt Baxçasaraya köçürülmüş vә burada 16 әsrdә möhtәşәm xan sarayı tikilmişdi. A.S.Puşkinin “Baxçasaray fontanı” poemasında mәdh olunan “göz yaşı fontanı” haqqında әfsanә dә bu sarayla bağlıdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN