GƏRAYLI – Azәrb. şeirinin çox yayılmış lirik formalarından biri. Aşıq әdәbiyyatında daha geniş yayılmışdır. Heca vәznindә, sәkkizhecalı, 4 misradan ibarәt, 3–5 vә ya 7 bәnddәn ibarәt olur. Qafiyә sistemi qoşmadakı kimidir. Gözәllik, mәhәbbәt, tәbiәt, dostluq mövzularını әks etdirir. G.-nın cığalı, sallama, nәqәratlı, dildönmәz vә s. şәkillәri var. Aşıq şeirindә çox işlәnәn formadır, saz havası üstündә oxunur. Aşıq Əlәsgәr, Aşıq Şәmşir, Aşıq Hüseyn Cavan, Abbas Tufarqanlı vә b. G.-nın әn yaxşı nümunәlәrini yaratmışlar. Yazılı әdәbiyyatda da G. nümunәlәrinә tәsadüf edilir (M.Əmani, M.V.Vidadi, M.P.Vaqif, Q.B.Zakir vә b.).