GƏRAYZADƏ Leyla Zeynalovna (d.1.3.1947, Qazaxıstan, Taldı-Kurqan vil., Kirov r-nu, Tentek st.) – Azәrb. әdәbiyyatşünası, filologiya e.d. (2011), prof. (2016). Azәrb. Dövlәt Un-tinin filologiya fakültәsini bitirmişdir (1971). 1973–2011 illәrdә hәmin un-tdә laborant, baş laborant, müәllim, baş müәllim, dos., 2011–16 illәrdә prof. әvәzi işlәmiş, 2016 ildәn rus әdәbiyyatının tarixi kafedrasının prof.-udur . Elmi tәdqiqatları, әsasәn, rusdilli qazax, qırğız, özbәk, tacik vә s. yazıçıların yaradıcılığında qaldırılan aktual problemlәrә, Azәrb. әdәbiyyatının әdәbi-nәzәri mәsәlәlәrinin öyrәnilmәsinә hәsr olunmuşdur. 120-dәn artıq elmi vә elmi-publisistik mәqalәnin, 5 monoqrafiya, 6 metodik göstәriş vә proqramın müәllifidir.
Ə s ә r l ә r i: Проблемы этно-эпической памяти в творчестве русскоязычных писателей. Б.2003; Сейсмический пояс. Б., 2006; Мир Чингиза Айтматова. Бишкек, 2013.