GƏRD – Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Qafan r-nu), Gәrd çayının (Gığı çayının sağ qolu) sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә kәnd ermәni-daşnak hücumlarına mәruz qalmış, dağıdılmış, әhalisi qarlı dağlardan keçәrәk Naxçıvanın Ordubad r-nunda yerlәşmişdir. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra әhalinin bir hissәsi geri dönәrәk kәndi bәrpa etmişdir. 1968 ildә Zәngәzurda baş verәn güclü zәlzәlәdәn sonra kәnd lәğv edilmiş, әhalisi r-nun Zeyvә k.-nә köçürülmüşdür. Lakin 1988 ildә azәrb.-lar növbәti dәfә kәnddәn qovulmuşdur. 9.4.1991 ildә kәndin adı dәyişdirilәrәk Kard qoyulmuşdur.