GƏRDANİYYƏ – 1) orta әsrlәr Yaxın vә Orta Şәrq klassik musiqisindә 6 avazdan biri. 2) Muğamın bölmәsi. Bu ada M.M.Nәvvabın әsәrlәrindә rast gәlinir. Müasir muğam ifaçılığında instrumental Rast dәsgahında nadir halda güşә şәklindә istifadә olunur. 3) Müasir әnәnәvi İran musiqisindә Nәva dәsgahında güşә şәklindә işlәnilir.