GƏRƏK YARAQ – orta әsrlәrdә bәzi Yaxın Şәrq ölkәlәrindә, o cümlәdәn Azәrb.-da mövcud olmuş vergi. Monqollar dövründәn mәlumdur. G.y., әsasәn, xanın, şahzadәlәrin vә әmirlәrin xәrclәri üçün sәrf edilirdi. G.y. toplayan mәmurların özbaşınalığı әhalinin narazılığına sәbәb olurdu.