GƏRGƏR – Tiflis qub.-nın Borçalı qәzasının Loru nahiyәsindә (9.9.1930 ildәn Stepanavan r-ru), Gәrgәr çayının sahilindә azәrb.-ların yaşadığı kәnd. 19 әsrin әvvәllәrindә bölgә Rusiya tәrәfindәn işğal edildikdәn sonra bura ruslar köçürülmüş vә kәndin adı dәyişdirilәrәk Rus Gәrgәri adlandırılmışdır. 14.2.1937 ildә kәndin adı dәyişdirilәrәk Puşkino qoyulmuşdur. 1940- cı illәrdә kәndin azәrb. әhalisi buradan köçürülmüşdür.