Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏRGİNLİK ÇEVİRİCİSİ

    GƏRGİNLİK ÇEVİRİCİSİ, s a b i t   g ә r g i n l i k   ç e v i r i c i s i – müәyyәn gәrginlikli sabit cәrәyanın elektrik enerjisini digәr gәrginlikli sabit cәrәyanın elektrik enerjisinә çevirәn elektron vә ya elektromexaniki qurğu. Yarımkeçirici cihazlar әsasında yaradılmış G.ç.-lәri daha geniş yayılmışdır. Yarımkeçirici G.ç.-lәrin f.i.ә. yüksәk, xidmәt müddәti çox vә radioqәbulda xәtası azdır; ikinci elektrik mәnbәyi kimi geniş istifadә olunur.
    Elektrik enerjisini bir dәfә vә iki dәfә çevirәn (ikihissәli G.ç.; әvvәl mәnbәdәn gәlәn sabit

    cәrәyanı yüksәk tezlikli dәyişәn elektrik cәrәyanına çevirir, sonra isә bu dәyişәn cәrәyanı digәr gәrginlikli sabit cәrәyana çevirir) G.ç.-lәrinә ayrılır. Birinci növ G.ç.-lәri kimi sabit gәrginlik tәnzimlәyicilәri tәtbiq edilir; onların yarımkeçirici orqanı söndürücü (cәrәyanmәhdudlaşdırıcı) rezistor rolunu oynayaraq, fasilәsiz (xәtti) rejimdә işlәyir. Belә G.ç.-lәri birkanallıdır; onlar gәrginliyi artırmır vә girişlә çıxış arasında elektrik izolyasiyası yoxdur. İkihissәli G.ç. bir vә ikikanallıdır, giriş vә çıxışı, hәm dә çıxış kanalları bir-birindәn elektrik izolyasiyalı olur; elektrik çevirgәci (açar) kimi, adәtәn, tranzistorlar, yaxud tiristorlar işlәdilir. Bu növ G.ç.-lәri tәsirlәndirilmә üsuluna (özütәsirlәnәn vә müstәqil tәsirlәnәn – verici generatorun kömәyilә tәsirlәnәn), әks-әlaqә növünә (mәs., cәrәyan vә ya gәrginlik üzrә transformator әks-әlaqәsi) vә tranzistorların qoşulma sxeminә (ümumi emitterli vә ya kollektorlu, ümumi bazalı) görә müxtәlif olur. Bax hәmçinin Cәrәyan düzlәndiricisi, İnvertor.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN