GƏRGİNLİK TRANSFORMATORU – yüksәk elektrik gәrginliyini (380 V-dan çox) standart cihazların ölçә bilәcәyi gәrginliyә (adәtәn, 100 V) çevirәn ölçü transformatoru. G.t.-nun birinci dolağı yüksәk gәrginlikli dövrәyә, ikinci dolağı isә ölçü cihazlarına vә qoruyucu releyә qoşulur. Onun tәtbiqi voltmetr, tezlikölçәn, elektrik sayğacı vә s. cihazları yüksәk gәrginlik dövrәlәrindәn tәcrid etmәyә vә nәzarәt-ölçü aparatlarının nominal gәrginliyini standartlaşdırmağa imkan verir. G.t. birfazalı vә üçfazalı olur; nominal gәrginliklәri 380 V–750 kV hüdudunda dәyişir. Sәnaye әhәmiyyәtli G.t., әsasәn, elektrik vә yardımçı st.-ların paylayıcı qurğularında quraşdırılır.