GƏRGİNLİKBÖLƏN, g ә r g i n l i k b ö l ü c ü s ü – elektrik dövrәsinin elementlәri (rezistor, kondensator, yaxud induktivlik sarğacı) vasitәsilә sabit vә dәyişәn cәrәyanın gәrginliyini ayrı-ayrı hissәlәrә bölәn elektrotexniki qurğu. Alçaq gәrginlik dövrәlәrindә G. kimi aktiv elektrik müqavimәtli materiallardan hazırlanmış potensiometrlәr tәtbiq olunur. Dәyişәn cәrәyan dövrәlәrindә, hәmçinin reaktiv G.-lәrdәn (tutum vә induktiv G.-i) istifadә edilir. Yüksәk gәrginlik dövrәlәrindә tutum G.-i (dәyişәn cәrәyanda) vә aktiv G. (sabit cәrәyanda) işlәdilir. Yüksәk gәrginlikli elektrikötürmә xәtlәrindә kiçik güc ayırmaq üçün işlәdilәn tutum G.-i yüksәk dәqiqliyә malik vә ardıcıl birlәşdirilmiş bir neçә kondensatordan ibarәtdir. İnduktiv G.-ә avtotransformator misal ola bilәr. G. radio vә elektrotexnikada, ölçmә vә hesablama texnikasında vә s. istifadә olunur.