GƏRGİNLİYİN RELAKSASİYASI – deformasiyaolunmuş bәrk cisim mexanikasında deformasiya dәyişmәdiyi halda zaman keçdikcә gәrginliyin özbaşına azalması hadisәsi. Mәs., uzanması dәyişmәyәn dartılmış mәftildә dartıcı (uzadıcı) qüvvә zaman keçdikcә azalaraq müәyyәn sәrhәd qiymәtinә yaxınlaşmağa çalışır. Temp-run yüksәlmәsi ilә G.r.-nın sürәti dә artır. Bax hәmçinin Relaksasiya.