GƏRMƏŞOVLU NEKROPOLU – Azәrb. Resp. Culfa r-nunun (Nax. MR) Göynük k.-ndәn şm.-da, Xornu çayının yuxarı axarında, hündür tәpәnin yamacında yerlәşәn arxeoloji abidә. AMEA Naxçıvan bölmәsinin arxeoloji ekspedisiyası tәrәfindәn qeydә alınmışdır. G.n. yamacda yerlәşdiyindәn qәbirlәr aşınma nәticәsindә üzә çıxmış vә dağılmışdır. Dördkünc, bәzәn oval formalı, müxtәlif istiqamәtlәrә yönәldilmiş qәbirlәrin yanları iri sal daşlarla qurulmuş, üstü iri yastı sal daşlarla qapadılmışdır. Ətrafa sәpәlәnmiş skelet qalıqları inqumasiya üsulu ilә dәfn adәtinin olduğunu göstәrir. Gil qablar qırılmış vә әtrafa sәpәlәnmişdir. Boz vә çәhrayı rәngdә bişirilmiş keramika mәmulatı 1–2 әsrlәrә aiddir.