Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏRMİYANOĞULLARI 

    GƏRMİYANOĞULLARI – Anadolu bәyliklәrindәn biri [1300–1429]. Mәrkәzi Kütahya ş. idi. Gәrmiyan tayfası yazılı mәnbәlәrdә ilk dәfә 13 әsrdә Malatya vә onun әtrafında qeyd edilir. Başçıları Əlişir Müzәffәrәddin Baba İshaq üsyanının yatırılması üçün әmr alsa da, iki dәfә mәğlub olmuşdur (1240). Onun sәlcuq şahzadәlәrinin
    hakimiyyәt uğrunda mübarizәsinә qoşulmuş oğlu Kәrimmәddin Əlişir monqollar tәrәfindәn öldürülmüşdür (1264). G. monqollara qarşı mübarizәdә Anadolu sәlcuqi hökmdarı Qiyasәddin II Mәsudla birlәşmişlәr. Lakin bәyliyin әsasını qoymuş Kәrimәddin Əlişirin oğlu I Yaqub [1300–40] ikinci dәfә taxta çıxmış Qiyasәddin II Mәsuda qarşı Hülakuların hakimiyyәtini tanımış vә onlara vergi vermiş (1300), sonra isә Anadoluya gәlmiş Əmir Çobana itaәt etmişdi (1314). G. Bizansla sәrhәddә yerlәşmәklә Anadolu torpaqlarının müdafiәsindә böyük rol oynamışdılar. I Yaqub “Gәrmiyan sultanı” titulunu qәbul etmiş, Ege bölgәsindә Ayasuluğ (indiki Sәlcuq) vә Birgiyi әlә keçirmişdi. Başçılıq etdiyi bәyliklәrin qüvvәlәri ilә birlikdә Böyük Menderes çayının yaxınlığında Tripolis ş.-ni fәth etmişdi. Alaşehri mühasirәyә alsa da, Bizans imperatorunun muzdlu Kataloniya әsgәrlәrinin şәhәri müdafiә etmәsi sәbәbindәn geri çәkilmişdi. Sәkkiz ildәn sonra bu şәhәri әlә keçirәn I Yaqub Bizansı illik vergi vermәyә mәcbur etmişdi. I Yaqubun oğlu Mehmed bәy [1340–61] Aydınoğullarının müstәqilliyini tanımağa mәcbur olmuşdu. Onun oğlu Süleyman şahın [1361–87] hakimiyyәtinin ilk illәri dinc şәraitindә keçmiş, lakin Qaramanoğulları ilә mübarizәdә Osmanlılarla yaxınlaşmışdı. Qızı Dövlәt xatunu I Bәyazidә әrә vermiş, Kütahya, Tavşanlı, Simav vә Əyrigözü dә cehiz olaraq vermiş, özü isә Kula qәs.-nә çәkilmişdir. Onun ölümündәn sonra hakimiyyәtә keçmiş II Yaqub [1387–1429] I Muradın ölümündәn sonra G.-na mәxsus torpaqları geri almaq istәmişdi. I Bәyazid onu hәbs etmiş vә belәliklә, bütün Gәrmiyan torpaqları Osmanlıların idarәsi altına düşmüşdü. Hәbsdәn qurtulan II Yaqub Teymurun yanına getmiş, Ankara vuruşmasından (1402) sonra öz torpaqlarını qaytaran Anadolu bәylәrindәn biri olmuşdu. Teymur İzmir sәfәri zamanı bir müddәt Kütahyada qalmış, İzmiri aldıqdan sonra ölkәsinә dönmüşdü. I Bәyazidin ölümündәn sonra onun şahzadәlәri arasında yaranmış qarışıqlıqdan istifadә edәn II Yaqub Qaramanoğulları ilә ittifaqa girmiş, daha sonra I Mehmed Çәlәbinin [1413–21] tәrәfinә keçmişdi. Buna cavab olaraq Qaramanoğlu Mehmed bәy Kütahyanı zәbt etmişdi. II Yaqub sultan I Mehmedә sığınmış, onun sayәsindә torpaqlarını geri ala bilmişdi. II Yaqubun ölümündәn sonra onun vәsiyyәtilә G. torpaqları Osmanlı imperiyasına qatılmışdı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN